• Şəkərsiz bananlı keks resepti

Reseptin məlumatları Baxış sayı: 3 908

Tarix : 28-06-2018, 12:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
30 sm uzun soba qabı
4 ədəd xurma
2 x.q. qara kişmiş
2 x.q. ağ kişmiş
6 ədəd ərik qurusu
1/2 st. bitki yağı
4 yumurta
4 banan
1 st. un
1 ç.q. qabartma tozu
1/2 ç.q. darçın

Hazırlanması:
1.Xurmanın tumunu çıxardın.
Bütün quru meyvələri mətbəx robotuna əlavə edin. Üstünə bitki yağın bir qismini əlavə edin. Və tam sıyıq formasına gələnə gədər mətbəx robotunu çalışdırın. (Blendordan keçirmək mümkün deyil çalışmışam Mətbəx robotu yoxdursa ət çəkən maşından keçirdə bilərsiniz.)
2. Bananı çəngəllə əzib əlavə edirik quru meyvə qarışımına.
3.Yumurtaları bir qaba vurub mikserlə ağarana gədər çalın.
Yağ əlavə edin və birdə çalın.
4.Quru meyvələr qarışımını yumurtaya əlavə edirik. Üstünə ələnmiş unu, qabartma tozunu və darçını tökürük.
Hamısını yaxşı qarışdırırıq.
5.Yağlanmış soba qabına tökürük.
6.əvvəlcədən 180 dərəcəyə qədər isinmiş sobada 40-50 dəqiqə bişiririk. Soba mütləq əvvəldən isinmiş olmalıdır yoxsa keks alınmayacaq. Bişmiş keksı çoplə yoxlayın və elə sobada soyumasına imkan verin.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, gədər, Üstünə, çalın, tökürük, sobada, isinmiş, mətbəx, edirik, bitki, qabartma, kişmiş, Hamısını, yaxşı, Yağlanmış, əvvəlcədən, qabına, qarışdırırıq, tozunu, meyvələr
BİZİ İZLƏYİN