• Südlü Zebra keksi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 74 411

Tarix : 6-01-2017, 16:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6

Şef / Mənbə : Mehriban


Tərkibi:
3stakan un
1stakan süd ya da su
1stakan duru yağ (rəfinə edilmiş yağ götürün, yəni iyi olmayan)
1ədət qabartma tozu
1yemək qaşığı kakao tozu
1,5stakan şəkər tozu
vanilin
1cimdik duz

Hazırlanması:
Südlü Zebra keksi resepti - FOTO RESEPT


Yumurtayla şəkəri ağaranadək yaxşıca çırpın.

Südlü Zebra keksi resepti - FOTO RESEPT


Südü və duru yağı əlavə edib, az müddət çırpın.

Südlü Zebra keksi resepti - FOTO RESEPT

Südlü Zebra keksi resepti - FOTO RESEPT


Bu qarışıma unu və qabartma tozunu ələyərək,əlavə edin.Bərəkət üçün bir cimdik duz da atıb, qarışdırın.Məhz qarışdırın, çırpayın ! Orta qatılıqda xəmir alınır, nə çox duru, nə çox qatı.

Südlü Zebra keksi resepti - FOTO RESEPT

Südlü Zebra keksi resepti - FOTO RESEPT


Xəmirin yarısını başqa bir qaba töküb kakao əlavə etmək. Adətən, xəmirə kakao əlavə edəndə xəmir qatılaşır, ona görə mən kakao ilə bir yerdə 1-2yemək qaşığı duru yağ tökürəm xəmirə.Bu tərifin özündə yoxdur, mən özüm fikirləşib çarə tapmışam)))

Südlü Zebra keksi resepti - FOTO RESEPT

Südlü Zebra keksi resepti - FOTO RESEPT

Südlü Zebra keksi resepti - FOTO RESEPT


Beləliklə iki qab xəmirimiz var : sadə və kakaolu xəmir. Bu xəmirləri yağlanmış və az unlanmış qaba növbə ilə tökmək lazımdır,yəni bir çömçə (ən yaxşısı çömçədir) sadə xəmir,üstündən (daha dəqiq desək ortasından) bir çömçə kakaolu xəmir.Bunu tələsmədən edin, xəmir öz-özünə yayılmalıdı qaba.Və beləcə xəmir bitənədək davam etmək.

Südlü Zebra keksi resepti - FOTO RESEPT

Südlü Zebra keksi resepti - FOTO RESEPT

Südlü Zebra keksi resepti - FOTO RESEPT


Keksi 170-180 dərəcəlik isinmiş sobada bişirin.Keksin hazır olub olmadığını yoxlamaq üçün taxta diş çöpünü keksin dibinə qədər batırın.Çöp quru çıxarsa, demək keks tam bişibdi.Yox, əgər çöpün üstündə çiy xəmir olarsa, onda keksin hələ bişməyibdir.

Südlü Zebra keksi resepti - FOTO RESEPT


Zebra keksini müxtəlif cür bəzəmək olar : üstünə şəkər kirşanı səpmək, yaxud şokoladlı qarışım tökmək. Hətta krem hazırlayıb, adi keksi tort kimi də təqdim edə bilərsiz!

Nuş olsun!
Etiketlər: xəmir, kakao, əlavə, şəkər, kakaolu, keksin, çırpın, qaşığı, qarışdırın, 1stakan, çömçə, etmək, tökmək, xəmirə, qabartma, sobada, Keksin, bişirin, çöpünü, hazır
BİZİ İZLƏYİN