• Ədvalı bananlı-qozlu keks resepti

Reseptin məlumatları Baxış sayı: 16 582

Tarix : 30-10-2015, 10:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3/4 stəkan xırda-xırda (amma çox xırda deyil) doğranmış qoz
1 xörək qaşığı açıq rəng qəhvəyi şəkər tozu
3/4 çay qaşığı darçın

Qarışığı Üçün:
2 stəkan (300 qram) un
1 çay qaşığı qabartma tozu
Yarım çay qaşığı duz
1 çay qaşığı darçın
3/4 çay qaşığı yel cevizi tozu (muskatniy orex)
1/4 çay qaşığı zəncəfil tozu
1/8 çay qaşığı mixək tozu
115 qram duzsuz kərə yağı – əridib soyudun
2/3 stəkan + plus 2 xörək qaşığı şəkər tozu
2 ədəd iri yumurta
1 + 1/2 stəkan əzilmiş yetişmiş banan (püre kimi əzin)
1 + 1/2 çay qaşığı xalis vanil ekstraktı
3/4 stəkan doğranmış qoz ləpəsi

Lazım Olan Mətbəx Ləvazimatı:
22 x 12 x 7 sm-lik kərpic keks forması

Hazırlanması:
Sobanı 175C-dək qızdırın. Keks formasının dibini və kənarlarını azacıq yağlayın. Üstünə un səpin. Kənara qoyun.
Darçınlı-qozlu içi hazırlayın: Bunun üçün qoz, qəhvəyi şəkər və darçını bir kasada qarışdırın. Kənara qoyun.
Ədvalı-bananlı keks qarışığını hazırlayın: İri qabda un, qabartma tozu, duz, darçın, yel cevizi, zəncəfil və mixəyi qarışdırın. Ayrı qabda əridilmiş yağı, şəkər tozu, yumurta, əzilmiş banan və vanil ekstraktını qarışdırın (mikser gərəkmir). Bu qarışığı unlu qarışığa əlavə edin. Buraya qozu da əlavə edib, qarışdırın. Hazır kütlədə un lopaları qalmamalıdır.
İndi isə alınan kütlənin yarısından bir az çoxunu hazırladığınız keks formasına yayın. Ortasında təxminən 3 mm dərinlikdə “səngər ” açın. Hazırladığınız darçınlı-qozlu içi buraya yayın. Geri qalan bananlı keks qarışığını için üstünə töküb yayın. Nazik bıçaqla keksi 5-6 dəfə yüngülvari qarışdırın ki, qozlu iç keksə yeridilsin. Diqqət! Bu zaman bıçaq keksin kənarları və dibinə dəyməməlidir!
Keksi 55 dəqiqə ərzində, və yaxud şişənə kimi bişirin. Hazır keksin ortasına kibrit batırıb çıxartdığınızda, kibrit təmiz və üstündə bir neçə nəm qırıntı olaraq çıxmalıdır. Keksi formada 5-6 dəqiqə soyudun, sonra isə tamamilə soyuması üçün formadan çıxardın. Keksin yumuşaq olması və dadların bir-birini daha yaxşı tutması üçün, onu iri mətbəx streçinə bükün və 3 saatlıq kənara qoyun. Dilimləyib süfrəyə verin

Nuş olsun!
Etiketlər: qaşığı, stəkan, qozlu, qarışdırın, şəkər, əlavə, yayın, darçın, keksi, xırda, Ədvalı, qoyun, banan, Keksi, rəqəmli, zəncəfil, dəqiqə, kərpic, əzilmiş, yumurta
BİZİ İZLƏYİN