• Quru meyvəli, dadlı keks resepti

Reseptin məlumatları Baxış sayı: 8 360

Tarix : 4-01-2018, 18:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd yumurta,
1 st. şəkər tozu,
yarım st. bitki yağı,
1 st. süd,
1 paket qabartma tozu,
1 paket vanil,
2 st. unu,
150 qr quru meyvə

Hazırlanması:
Əvvəlcə şəkər tozu və yumurtanı ağarana kimi mikserlə çalırıq. Üzərinə vanil və bitki yağı əlavə edib, qarışdırmağa davam edirik. Mikseri aşağı sürətə keçirib, qarışıma süd tökürük. Son olaraq qabartma tozu və un əlavə edib, qarışdırırıq. Duru keks xəmiri alınır. Hazırladığımız xəmiri duru keks qabına töküb, üzərinə quru meyvə əlavə edirik. İçinə qatanda quru meyvələr qabın dibinə çökür, bu səbəbdən diqqətli olun. Əvvəlcədən isidilmiş 180 dərəcə istilikıi sobada qızaranadək bişiririk.

Nuş olsun!
Etiketlər: əlavə, vanil, meyvə, qabartma, edirik, xəmiri, şəkər, bitki, paket, qabına, dibinə, meyvələr, qabın, İçinə, çökür, töküb, üzərinə, qatanda, Əvvəlcədən, sobada
BİZİ İZLƏYİN