• Vişnəli pudinq resepti

Reseptin məlumatları Baxış sayı: 14 413

Tarix : 1-07-2016, 16:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1 su stəkanı su
1 su stəkanı süd
1 xörək qaşığı gül suyu
4 xörək qaşığı şəkər
2 xörək qaşığı nişasta
2 parça damla saqqızı

Sousu üçün:
1 su stəkanı vişnə suyu
1 xörək qaşığı nişasta
1 su stəkanı vişnə
1 xörək qaşığı toz şəkər

Hazırlanması:
İlk olaraq soyuq südü, toz şəkəri, gül suyunu, nişasta və döyülmüş damla saqqızını dərin bir qazana əlavə edib mikserlə qarışdırırq.
Daha sonra qazanı ocağın üzərinə qoyub qarışdırmağa davam edin. Qaynayınca ocaqdan götürüb, sousunu hazırlayın.
Bir qazana vişnə suyunu, toz şəkəri, nişastanı əlavə edib mikserlə qarışdırın.
Ocağın üzərinə qoyub qarışdırmağa davam edin. Bir daşam qaynadın.
Daha sonra bir kup stəkanına əvvəl bir az sousdan, daha sonra pudinqdən qoyun.
Bu şəkildə qat-qat doldurun. Pudinqi bir qaba boşaldıb soyuduqdan sonra sousunu tökün.
Üzərinə düz bir şəkildə yayıb soyuducuya qoyun.
Soyuduqdan sonra xidmətə təqdim edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qaşığı, xörək, sonra, stəkanı, vişnə, nişasta, şəkildə, əlavə, qazana, suyunu, mikserlə, qoyun, davam, şəkəri, qarışdırmağa, üzərinə, sousunu, qoyub, şəkər, damla
BİZİ İZLƏYİN