• Şokoladlı-badamlı küp resepti

Reseptin məlumatları Baxış sayı: 13 885

Tarix : 14-06-2016, 23:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 1-2


Tərkibi:
60 qr acı tünd şokolad
4 ədəd yumurta sarısı
½ su stəkanı şəkər
1 xörək qaşığı bal
1 desert qaşığı kakao
2 desert qaşığı su
200 qr ərinmiş ağ şokolad
120 gr marqarin
2/ 3 su stəkanı krem

Pralin üçün:
½ su stəkanı qovrulmuş badam
1 / su stəkanı şəkər
1/ 3 su stəkanı su

Hazırlanması:
Acılı şokoladı əridin.
Kağızdan hazırladığınız krem sıkacağının içinə doldurun.
Şokoladı 6 ədəd küp stəkanının içinə şəkillər vererək tökün.
Soyuducuya qoyun və soyumağa buraxın.
Mixer yardımıyla yumurta sarılarını, şəkəri, balı, kakaonu və suyu tünd qarışıq əldə edənə qədər çırpın.
Bu qarışığı, əridilmiş ağ şokolada əlavə edərək çırpmağa davam edin.
Başqa bir qabda, marqarini mikserlə çırpın və krem halına gətirin.
Yumurta sarılarını qarışığa əlavə edin.
Orta bir qaba tokün.
Kremi qar kimi ağarana qədər çırpın.
Metal bir qaşıqla kremi şokolad qarışığının içinə əlavə edin.
İncə doğranmış pralinə əlavə edin.
Qarışığı kup formada olan desert qabına qoyun. 2-3 saat soyuducuda soyudun.
Böyük pralin parçalarıyla yerləşdirin.
İstəsəniz üzərini krem ilə bəzəyə bilərsiniz.

Pralin üçün: Bir soba qabını yağlı kağızla örtün. Üzərinə badamı səpin. Şəkər və suyu kiçik bir qazanda qarışdırın. Batıq atəşdə, qaynatmadan şəkəri əridin. Qazanın kənarlarına bir fırçayla su sürtün. Qaynayınca atəşini azaldın. Qızıl rəng olana qədər atəşdə saxlayın. Ocaqdan dərhal alın. Badamın üzərinə tökün. Yaxşıca sərtləşənə qədər gözləyin. Yarısını üzərinə qoymaqla böyük parçalara bölün.

Nuş olsun!
Etiketlər: stəkanı, əlavə, qədər, qaşığı, desert, içinə, çırpın, şokolad, üzərinə, əridin, qoyun, tökün, sarılarını, şəkər, yumurta, şəkəri, atəşdə, kiçik, Üzərinə, örtün
BİZİ İZLƏYİN