• Kəsmikli peçenya resepti

Reseptin məlumatları Baxış sayı: 9 988

Tarix : 12-06-2019, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
kəsmik – 400 g
marqarin – 200 q
Buğda unu – 480 q
şəkər – 2-3x.q.
soda – 1/2ç.q.
duz

Hazırlanması:
Marqarını rəndənin böyük gözündən keçirdin, kəsmiklə birləşdirib bir çimdik duz əlavə edin.
Alınan kəsmikli kütləyə un və soda əlavə edib xəmir yoğurun.
Xəmiri yayıb stəkanla dairəvi kəsin.
Hər dairəni şəkərə batırıb sonra ortadan ikiyə bükün (kənarlarnı birləşdirməyin, çünki bükəndə şəkər içində qalsın).
O bir üzünü bir daha şəkərə batırıb yenə də ortadan bükün (üçbücaq kimi olacaq).
Alınan peçenyaların bir üstünü bir daha şəkərə batırıb fırın sinisinə kağız yağlı sərib üzərinə düzün. Peçenyaları 180 dərəcədə 20-25 dəqiqəyə yaxın bişirin.

Nuş olsun!
Etiketlər: batırıb, şəkərə, bükün, əlavə, ortadan, şəkər, Alınan, olacaq, üzünü, üçbücaq, bükəndə, çünki, peçenyaların, birləşdirməyin, içində, qalsın, sinisinə, dərəcədə, Peçenyaları, dəqiqəyə
BİZİ İZLƏYİN