• Ağızda əriyən “Vupi” pirojnası resepti

Reseptin məlumatları Baxış sayı: 4263

Tarix : 25.12.2020, 12:00

Bölmə : Peçenye reseptləri, Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Xəmir üçün:
1 ədəd yumurta
80 qr kərə yağı
100 qr şəkər kirşanı
3 x/q kakao tozu
100 ml süd
130 qr ələnmiş un
1 ç/q qabartma tozu
1 q vanil

Krem üçün:
150 ml qaymaq (35%)
4 x/q şəkər kirşanı

Hazırlanması:
Yağı əvvəlcədən soyuducudan çıxardırıq. Unu, kakao tozunu, qabartma tozunu və vanili qarışdırırıq.

Yağı şəkər kirşanı ilə yumşalana və qabarana qədər qarışdırırıq. Yumurtanı üzərinə töküb, qarışdırmağa davam edirik.

Daha sonra əvvəlcədən hazırladığımız un və kakaoya südü əlavə edərək qarışdırırıq. Bütün inqridientlər bir-birinə tam qarışana qədər bu prossesi davam etdiririk.

Hazır olan xəmiri xörək qaşığı vasitəsilə sobanın qabına düzün. (Şəkildəki kimi) Çalışın ki, halqalarınız çox böyük olmasın. Çünki bişdikcə də həcmi artacaq. Sobanı 180 dərəcədə qızdırıb 10-12 dəqiqə bişiririk.

Nuş olsun!
Etiketlər: qarışdırırıq, kirşanı, şəkər, davam, qədər, tozunu, əvvəlcədən, qabartma, kakao, qabına, etdiririk, düzün, Hazır, Şəkildəki, sobanın, xörək, Çalışın, qaşığı, vasitəsilə, xəmiri
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN