• Yasəmən pirojnası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 31 766

Tarix : 15-05-2015, 18:00

Bölmə : Peçenye reseptləri / Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,5 su st. un (artıq da olar)
4 x.q. (50 q) ərinmiş kərə yağı
1 yumurta
1 x.q. gül suyu, olmasa, 1 paket vanil
0,5 st. su
1 çimdik duz
2 x.q. kakao

əlavə:
1 x.q. nişasta + 1 x.q. un (xəmiri yaymaq üçün)
fındıq (üzərinə)

iç:
1,5 su st. xırdalanmış badam və ya qoz
1 st. şəkər tozu
4 x.q. (50 q) ərinmiş kərə yağı
1 paket vanil
1 çimdik damla saqqız (olmasa da olar)
1 x.q. ərik marmeladı və ya bal
0,5 ç.q. darçın
(badam və ya qoz yerinə fındıq işlədəcəksinizsə, yarım yumurtanın ağı və 2 x.q. kokos yonqarı əlavə edə bilərsiniz)

şərbət:
1 st. su
1 st. şəkər tozu
1 dolu x.q. bal
1-2 damcı limon şirəsi

Hazırlanması:
Öncə şərbəti bişirin: şəkər tozu, su, balı qaynadın. Ocaqdan götürməzdən əvvəl limon şirəsi əlavə edin. Soyudun.

Xəmir:
Unu ələyin, ortasında çala açın, yumurta, əridilib soyumuş kərə yağını, gül suyunu (yaxud vanili), 1 çimdik duzu töküb taxta qaşıq və ya əlinizlə qarışdırın.
Yarım stəkan su da əlavə edib xəmiri yoğurun. Lazım gəlsə, bir qədər də un əlavə edin. Xəmir bərk olmadan iki yerə bölün, bir yarısına kakao əlavə edib yaxşıca yoğurun (bu qisim yumşaq olmalıdır). Digər yarısına isə bir qədər də un əlavə edib orta sərtlikdə xəmir yoğurun. Üzərini örtüb 10 dəqiqə saxlayın.

İç:
1,5 st. çəkilmiş qozu və ya badamı (fındığı) 1 st. şəkər tozu ilə blenderdə bir daha çəkin. Buna 4 x.q. ərinmiş kərə yağı, damla saqqız (olmasa da olar), vanil, darçın, ərik marmeladı və ya balı qatın, yaxşıca yoğurun.
Bir kasada buğda nişastası ilə unu qarışdırın - xəmiri yaymaq üçün istifadə olunacaq.
Əvvəlcə ağ xəmiri dördbucaqlı şəkildə açın. Bir kənara qoyun.
Sonra kakaolu xəmiri eyni qaydada yayın.
Kakaolu xəmiri ağ xəmirin üstünə qoyub oxlovla yüngülcə yayın.
Bu ikiqat xəmiri tərəfi 8 sm olan kvadratlara bölün (12 kvadrat alınır). Artıq qalan xəmirlərin də içinə iç qoyub, rulet kimi bükün ki, xəmir ziyan olmasın.
İçdən götürüb qozdan bir qədər balaca olan kürələr düzəldin, kvadratların ortasına qoyun. Xəmirin kənarlarını ortaya doğru dərin olmayacaq dərəcədə kəsin. Kəsdiyiniz bir qismi kürəciyin üstünə qaldırıb, uc hissəsini azca basaraq kürəyə yapışdırın. Bu qismin açıqda qalan uclarını isə arxaya qatlayıb birləşdirin. Digər qisimləri də eyni qaydada yapışdırın. Ortasına fındıq basın (möhkəm basmayın, içi dağıla bilər). Xəmirlər yaxşı yapışsın deyə azacıq şərbətlə islada bilərsiniz.
Formaya perqament döşəyin, pirojnaları üzərinə düzün. 170 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. İsti-isti şərbətə salın. Boşqaba qoyub üzərinə də şərbət tökün. Sonra maffin kağızlarının üzərinə qoya bilərsiniz

Yasəmən pirojnası resepti - FOTO RESEPT

Yasəmən pirojnası resepti - FOTO RESEPT

Yasəmən pirojnası resepti - FOTO RESEPT

Yasəmən pirojnası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, xəmiri, şəkər, yoğurun, üzərinə, fındıq, qoyub, bilərsiniz, qədər, ərinmiş, çimdik, olmasa, vanil, bişirin, Sonra, qaydada, şirəsi, limon, qoyun, Digər
BİZİ İZLƏYİN