• Kirpi pirojnası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 74 391

Tarix : 26-09-2015, 21:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
5 ədəd yumurta
1,5 stəkan şəkər tozu
200 qr kərə yağı
2,5 stəkan un
1 ç/q sirkə
yarım ç/q soda
vanil

Krem üçün:
500 qr kərə yağı
1 ədəd qatılaşdırılmış süd

Hazırlanması:
1.Kərə yağı əridilir.

2. Yumurta və şəkər tozu mikserlə qarışdırılır.

3. Hazırlanmış kütlənin üzərinə yağ əlavə olunub qaşıqla qarışdırılır.

4.Kənarda sodanı sirkəylə qarışdırırıq və hazırlanmış kütləyə əlavə edirik.

5.Sonda un və vanil əlavə edilib qaşıqla yaxşı qarışdırılır.

6. Alınmış xəmiri tavaya töküb 180 dərəcə sobada 20-25 dəqiqə bişiririk (bişməyini çöplə yoxlayırıq).

7. Xəmir bişənə kimi kremi hazırlayırıq. Kərə yağı ilə qatılaşdırılmış süd mikserin köməyi ilə krem alınana kimi qarışdırılır.

8. Xəmir bişdikdən sonra soyudulur, armudu stəkanın ağzı ilə kəsilir.

9. Yumru xəmirlər alınır. Alınmış xəmiri bıçaqla ortadan yarıya bölüb arasına, kənarlarına krem vurulur.

10. Yerdə qalan xəmir sürtgəcdən keçirilib, ovudulur və pirojnanin hər tərfinə vurulur.

Kirpi pirojnası resepti - FOTO RESEPT

Kirpi pirojnası resepti - FOTO RESEPT

Kirpi pirojnası resepti - FOTO RESEPT

Kirpi pirojnası resepti - FOTO RESEPT

Kirpi pirojnası resepti - FOTO RESEPT

Kirpi pirojnası resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: qarışdırılır, əlavə, qaşıqla, şəkər, vurulur, qatılaşdırılmış, stəkan, vanil, Alınmış, Xəmir, ərzaqlar, xəmiri, soyudulur, sonra, kəsilir, stəkanın, armudu, bişdikdən, mikserin, yoxlayırıq
BİZİ İZLƏYİN