• Sadə xvorost resepti

Reseptin məlumatları Baxış sayı: 6 426

Tarix : 20-04-2021, 14:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- 1 stəkan təzə qatıq
- 2 stəkan un
- 2 yumurta
- 4 x.q. şəkər tozu
- 1 çimdik duz
- bıcağın ucunda soda
- bitki yağı (qızartmaq üçün)
- pudra (üzərinə səpmək üçün)

Hazırlanması:
Yumurta şəkər tozu və duzla yaxşı çalınır.Qatığa soda əlavə olunur, qarışdırılır, yumurtalı kütləyə əlavə olunur, yaxşı qarışdırılır.Un ələnir, hissə-hissə kütləyə əlavə olunur, qarışdırılır. Yumşaq, elastik xəmir alınmalıdır.
Xəmiri 40 dəqiqə saxlayın, sonra nazik yayın, istənilən formalarda kəsin - borucuqlar, romb.Xvorost bol yağda qızardılır. Yağı dərin, divarları qalın olan qazanda və ya tavada yaxşı qızdırın, xvorostu qızılı rəng alana qədər qızardın, kəfgirlə çıxardın, kağız dəsmalın üzərinə düzün ki, artıq yağ dəsmala hopulsun.
Xvorost soyuyanda üzərinə pudra səpin.

Nuş olsun!
BİZİ İZLƏYİN