• Balıqqulağı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 21 099

Tarix : 22-10-2014, 12:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q kəsmik
2 yumurta
270 q un (təxminən)
200 q yumşaldılmış marqarin
1 ç.q. qabartma tozu
100 q şəkər tozu (üstünə)
Balıqqulağı resepti - FOTO RESEPT


Hazırlanması:
Marqarini hissələrə bölün, unla qarışdırın. 1 yumurtanın ağını sarısından ayırın. Ağını soyuducuya qoyun. Un qarışığına kəsmik, 1 bütöv yumurta və ayırdığınız yumurtanın sarısını, qabartma tozunu əlavə edib cəld xəmir yoğurun.
Xəmiri kolbasa formasına salın. Təxminən 20 hissəyə bölün.
Balıqqulağı resepti - FOTO RESEPT

Balıqqulağı resepti - FOTO RESEPT

Balıqqulağı resepti - FOTO RESEPT


Bunları dairə şəklində yayın, üzərinə şəkər tozu səpin. İki qatlayın, yenə şəkər tozu səpin və yenə qatlayın. Bütün "balıqqulaq"larını perqament döşənmiş siniyə yığın. 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.
Balıqqulağı resepti - FOTO RESEPT

Balıqqulağı resepti - FOTO RESEPT

Balıqqulağı resepti - FOTO RESEPT


Peçenye bişən müddətdə soyuducuya qoyduğunuz yumurta ağını qatı köpük alınanadək çalın. 15 dəqiqə sonra peçenyeni sobadan çıxarıb hər birinin üstünə 1 ç.q. çaldığınız yumurtadan qoyub üzərinə şəkər tozu səpin, istəyə görə kişmiş və ya fındıqla bəzəyə bilərsiniz. Sonra sobanın temperaturunu 160 dərəcəyədək endirərək daha 10-15 dəqiqə bişirin. Əgər görsəniz ki, peçenyenin üzəri çox qızarır, konditer kağızı ilə örtün.
Balıqqulağı resepti - FOTO RESEPT

Balıqqulağı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, səpin, dəqiqə, yumurta, ağını, soyuducuya, qatlayın, üzərinə, bölün, yumurtanın, qabartma, bişirin, üstünə, kəsmik, peçenyeni, sonra, sobadan, çıxarıb, çaldığınız, birinin
BİZİ İZLƏYİN