Tərkibi (40 ədəd üçün):200 q kərə yağı və ya marqarin
6 bişmiş yumurtanın sarısı
3 x.q. xama
5 x.q. şəkər tozu
2 ç.q. vanilli şəkər
2 ç.q. qabartma tozu və ya 1 ç.q. soda
200-250 q un
100-150 q fındıq
Qlazur üçün:50 q kərə yağı
5 x.q. süd
3 x.q. kakao
200 q şəkər tozu
Hazırlanması:Bişmiş yumurta sarısını yağla qarışdırın. Xama əlavə edib, qarışdırın. Şəkər tozu və vanilli şəkəri əlavə edib qarışdırın. Qabartma tozu və un qataraq xəmir yoğurun. Xəmirdən qoz boyda xırda kündələr tutub, azca yayın. Hər birinin ortasına bir dənə fındıq qoyun. Sonra büküb yumrulayın.
Sinini yağlayın, yaxud da perqament döşəyin. "Şabalıd"ları üstünə düzün. 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.
Qlazur üçün yağı, şəkər tozu, kakao və südü qarışdırıb, şəkər tozu tam əriyənə qədər qaynadın.
Qalan fındıqları xırdalayın.
Hazır peçenyeni isti qlazura, sonra isə fındığa batırın.
Nuş olsun!
Etiketlər: şəkər, qarışdırın, fındıq, kakao, vanilli, Qlazur, əlavə, dərəcə, düzün, qızdırılmış, sobada, bişirin, dəqiqə, üstünə, Şabalıd, yağlayın, Sinini, yaxud, perqament, döşəyin