• Mutaki resepti

Reseptin məlumatları Baxış sayı: 76 263

Tarix : 13-09-2015, 13:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 8-10


Tərkibi:
Xəmir üçün:

250 qr kərə yağı
4 st un
3/4 st qatıq
0,5 ç/q soda
250 qr xama
1 yumurta sarısı
vanil

İçlik üçün:
300 qr qoz (və ya fındıq)
100 qr şəkər tozu

Bəzək üçün:
100 qr şəkər kirşanı

Hazırlanması:
1. Kərə yağı əridilir.

2. Üzərinə bütün ərzaqlar əlavə olunub çox bərk olmayan xəmir hazırlanır.

3. Alınmış xəmiri 1 saat soyuducuda saxlayırıq.

4. 1 saatdan sonra xəmiri 0,5 sm qalınlığında açıb, üçbucaq formasında kəsirik.

5. Əvvəcədən kənarda qoz çəkilir və şəkər tozu ilə qarışdırılır.

6. Üçbucaq formasında olan xəmirlərimizin içinə qoyulub bükülür.

7. 180 dərəcə sobada 20-25 dəqiqə bişirilir (bişəndə üstü qizarmamalıdır).

8. Soyuduqdan sonra üzərinə şəkər kirşanı səpilir.

Nuş olsun!
Etiketlər: ərzaqlar, şəkər, lazım, formasında, kirşanı, sonra, xəmiri, qarışdırılır, Üçbucaq, xəmirlərimizin, çəkilir, kəsirik, qalınlığında, üçbucaq, içinə, Əvvəcədən, kənarda, qoyulub, qizarmamalıdır, bişəndə
BİZİ İZLƏYİN