Tərkibi:250 qr. krem pendir ( philadelphia, ricotta, labne)
130 qr. kərə yağı
1 st. şəkər tozu
2 1/2 st. un
1/2 ç.q. duz
2 ç.q. qabartma tozu
1 ç.q. vanil ekstraktı və ya limon suyu (zövgə görə)
2 yumurta
üstü üçün:Şəkər kirşanı
Hazırlanması:1. Soba 180 dərəcədə isidilir. Otaq temperaturda olan kərə yağı və pendir mikserlə yüksək sürətdə 2 dəqiqə çalınır.
2. İçinə şəkər tozu əlavə olunur və 3 dəqiqə çalınır.
3. Yumurta və vanil ekstraktı əlavə olunur, çalınır.
4. Un, duz, qabartma tozu ayrı qabda qarışdırılır və xəmirə az-az əlavə olunaraq çalınır.
5. Soba listinə kağız sərilir və yağ sürtülür. Krem torbası ilə və ya iki çay qaşığı köməyi ilə peçenyaları kağıza qoyuruq.
6. 10-12 dəqiqə sobada bişirilir. Peçenyalar elə ağ qalacaq, çox qızarmamalıdır. Yumuşaq və kövrək peçenyalar alınacaq, unutmayaq ki, bu cheesecake peçenyalarıdır.
7. Tam soyuyandan sonra üstünə şəkər kirşanı səpilir.
Nuş olsun!mənbə:
Günel Bahasun (instagram)
Etiketlər: çalınır, əlavə, şəkər, dəqiqə, ekstraktı, olunur, pendir, vanil, qabartma, kirşanı, bişirilir, Peçenyalar, peçenyaları, qaşığı, torbası, köməyi, qalacaq, qoyuruq, kağıza, sobada