• Dadlı, ləzzətli qozlu mutakilər resepti

Reseptin məlumatları Baxış sayı: 8 229

Tarix : 15-08-2017, 22:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
200 qr ərinmiş yağ,
2 ədəd yumurta,
200 qr xama,
2 x.q. şəkər tozu,
1 paket qabartma tozu,
1 paket vanil,
1 çimdik duz
5 st. un (təxmini)

İçlik üçün:
200 qr üyüdülmüş qoz,
200 qr şəkər tozu

Üzəri üçün:
yumurta sarısı,
küncüt

Hazırlanması:
Un, vanil və qabartma tozunu bir qaba əliyirik. Daha sonra yağ və unlu qarışımı əlimizlə ovaraq umac edirik. Üzərinə yumurta, xama və şəkər tozu əlavə edib, xəmir yoğururuq. Xəmir yumşaq, ələ yapışmayan olmalıdır.

Xəmir hazır olduqdan sonra 3 bərabər ölçülü kündələr tutaraq yayırıq. Yayılmış xəmirdən mutaki üçün üçbucaq formalı 8-10 ədəd hissələr kəsirik və hər hissəyə içlik qoyub, bükürük. Üzərinə yumurta çəkib, küncüt səpirik. 180 dərəcə istilikli sobada 20 dəqiqə bişiririk. Soyuduqdan sonra üzərinə şəkər kirşanı səpərək süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, yumurta, Xəmir, sonra, Üzərinə, paket, küncüt, vanil, qabartma, hissəyə, qoyub, bükürük, kəsirik, içlik, formalı, xəmirdən, Yayılmış, mutaki, üçbucaq, bilərsiniz
BİZİ İZLƏYİN