• Qozlu peçenye resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 34 847

Tarix : 19-09-2015, 14:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
200 qr əridilmiş kərə yağı
100 qr xama
100 qr qatıq
1,5 stəkan şəkər tozu
4 yumurta
4 stəkan un
1 stəkan qoz
1 ç/q soda
vanil

Hazırlanması:
Şəkər tozu və yumurta mikserlə yaxşı qarışdırılır.

Üzərinə kərə yağı, semetan, qatıq əlavə olunub mikserin köməyi ilə aşağı sürətlə qarışdırılır.

Sonra un, soda, vanil ələkdən keçirilib əlnən qarışdırılır (xəmir yumuşaq olmamalıdır).

Qoz tavada biraz qızardılır və xırda doğranılır. Hazır xəmirə əlavə olunub əlnən qarışdırılır.

Xəmir 30 dəqiqə kənarda saxlanılır.

30 dəqiqədən sonra xəmir oxlovla 2sm qalınlığında açılır və armudu stəkanın köməyi ilə yumru dairələr kəsilir.

Tavaya pergament kağızı qoyulur və kəsilmiş dairəvi xəmirlər düzülür. Üzərinə şəkər tozu əlnən səpilir.


Əvvəlcədən 190 dərəcə isidilmiş sobada 15-20 dəqiqə bişirilir.

Qozlu peçenye resepti - FOTO RESEPT

Qozlu peçenye resepti - FOTO RESEPT

Qozlu peçenye resepti - FOTO RESEPT

Qozlu peçenye resepti - FOTO RESEPT

Qozlu peçenye resepti - FOTO RESEPT

Qozlu peçenye resepti - FOTO RESEPT

Qozlu peçenye resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qarışdırılır, stəkan, əlnən, yumurta, xəmir, Üzərinə, köməyi, olunub, əlavə, şəkər, vanil, qatıq, dəqiqə, yumru, saxlanılır, kənarda, dairələr, dəqiqədən, stəkanın
BİZİ İZLƏYİN