• Qozlu kükü resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 21481

Tarix : 14.07.2015, 18:00

Bölmə : Qəlyanaltılar, Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
Keşniş
Şüyüd
Yumurta
Qoz
Duz
Qara istiot (əzilmiş)
Kərə yağ

Hazırlanması:
Qozlu kükü xüsusi ilə səhərləri günə ləzzətli və enerjili bir yeməklə başlamaq üçün çox düzgün bir seçimdir.
Yeməyi hazırlamaq üçün şüyüd, keşniş və s. göyərti dəstəsi açılır, çırpılır, təmiz yuyulur. Göyərtinin yarpaq aralarında torpaq parçacıqları qalmaması üçün geniş bir qabda suda gözlətmək yaxşı olar.
Göyərti təmiz yuyulduqdan sonra kiçik – kiçik doğranılır.
Yumurtalar əvvəlcə yuyulur. Bundan sonra suyu alınır və yumurtalar sındırılır. Bir qabda yumurtalar möhkəmcə qarışdırılır.
Çırpılan yumurtalara əvvəlcədən doğrayıb bişməyə hazır etdiyimiz göyərtiləri əlavə edirik və qarışdırırıq. Göyərti və yumurta qarışığına yetəri qədər duz və əzilmiş qara istiot əlavə edirik.
Qoz ləpələri kiçik ölçüdə doğranılır və hazır gözlədilir.
Qozlu kükü bişiriləcək tava ocağın üzərinə qoyulur. Tava biraz isidildikdən sonra kərə yağı buraya əlavə edilir və tavanın dibi yağlanılır. Doğrayıb hazır gözlətdiyimiz qoz ləpələrinin bir hissəsini davanın dibinə yayırıq.
Yururta, doğranmış göyərti, duz və istiot qarışığı da tavaya qoyuruq. Bundan sonra qoz ləpələri də göyərtinin üzərinə hər tərəfə bərabər gələcək şəkildə səpilir.
Artıq qozlu kükü bişirilməyə hazırdır.
Qozlu kükünü istəsək ocağın üzərində, istəsək duxovkada bişirmək mümkündür.
Tavanın qapağı örtülür və vam odda bişirilir.
Kükü bişdikdən sonra bıçaq şəklinda paxlava formasında doğranılır və bu şəkildə süfrəyə verilir. Belə doğranmış qozlu kükü həm də gözə xitab edir.

Qozlu kükü resepti - FOTO RESEPT

Qozlu kükü resepti - FOTO RESEPT

Qozlu kükü resepti - FOTO RESEPT

Qozlu kükü resepti - FOTO RESEPT

Qozlu kükü resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: sonra, doğranılır, əlavə, hazır, Qozlu, kiçik, istiot, qabda, Göyərti, Bundan, yuyulur, yumurtalar, ləpələri, qozlu, istəsək, şəkildə, doğranmış, ocağın, üzərinə, təmizləyirik
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN