Tərkibi:1 paket marqarin
1 çay stəkanı süd
2 paket nişasta
1 paket qabartma tozu
2 ədəd yumurta
1 su stəkanı şəkər tozu
Aldığı qədər un
Üzəri üçün:Kakao
Hazırlanması:Əvvəlcə şəkəri və yumurtanı qarışdırırıq .
Ayrı bir qabda otaq temperaturunda marqarini və nişastanı yoğururuq .
Yoğurduqdan sonra yumurta və şəkər tozunu əlavə edirik.
Digər qalan ərzaqları da əlavə edək və qoz böyüklüyündə hissə qoparıb forma verək bir su butulkasının qapağını kakoya batıraq,
peçenyeyə sıxaq və əvvəlcədən isidilmiş 200 dərəcəlik sobada bişirək.
Nuş olsun!
Etiketlər: paket, stəkanı, əlavə, şəkər, yumurta, ərzaqları, qalan, böyüklüyündə, hissə, qoparıb, Digər, edirik, Yoğurduqdan, sonra, tozunu, bişirək, forma, verək, isidilmiş, batıraq