Tərkibi:450 q hazır qat-qat xəmir
krem:
500 ml 35%-li qaymaq
200 q şəkər tozu
8 yumurtanın sarısı
2 x.q. un
1 limonun nazik soyulmuş qabığı
şəkər pudrası, yaxud darçın tozu
Hazırlanması:Krem üçün olan ərzağı tavada qarışdırın, orta itilikli ocağın üstünə qoyun. Daim qarışdıraraq qaynayıb qatılaşanadək bişirin. Ocaqdan götürün, başqa bir qaba süzün (limon qabığını çıxarın). Üzərinə qida plyonkası çəkin (lap yapışanadək), otaq temperaturunda ilıqdan bir az isti olanadək soyudun.
Qat-qat xəmiri nazik yayın. Formaların içinə yerləşəcək diametrdə dairələr kəsin. Keks formaları da yarayar. Əvvəlcədən yağlamaq gərək deyil. Xəmiri içinə qoyub kənarlarını qaldırın. Çəngəllə dibini deşin.
Sobanı 260 dərəcə qızdırın. Soyumuş kremi xəmirin üzərinə paylaşdırın. 15 dəqiqə, açıq-qızılı rəng alanadək bişirin.
Bişmiş pirojnaları soyudun, sonra bıçağın köməyilə formalardan çıxarın. Süfrəyə verərkən üzərinə şəkər pudrası, yaxud darçın tozu səpin.
Nuş olsun!
Etiketlər: şəkər, yaxud, pudrası, üzərinə, soyudun, çıxarın, bişirin, darçın, içinə, nazik, formaları, qaldırın, Çəngəllə, deşin, kəsin, dibini, kənarlarını, qoyub, Əvvəlcədən, yağlamaq