• Qızılgül pirojnaları resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 30 551

Tarix : 20-11-2015, 16:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
3 yumurtanın sarısı
200 ml xama
200 q kərə yağı
1 çimdik duz
300-350 q un

iç:
3 yumurtanın ağı
0.5-1 st. şəkər tozu
vanil

Hazırlanması:
Yumurtaların ağını sarısından ayırın. Yumurta sarısına duz, xama, kərə yağı əlavə edib qarışdırın. Un qatıb xəmir yoğurun. Kündələyin, qida plyonkasına büküb soyuducuda 1-2 saat saxlayın.

Bu müddət keçəndən sonra sobanı qızdırın, içi hazırlayın. Yumurta ağlarını şəkər tozunu tədricən əlavə etməklə möhkəm çalın. Vanil əlavə edib yenə çalın.

Xəmiri iki yerə bölün. Hər ikisini nazik yayın. Üzərinə iç çəkin. Nazik rulet kimi bükün. İçin artığını ehtiyatla götürün.

Ruleti iti bıçaqla sürətlə barmaq qalınlıqda doğrayın ki, iç dağılmasın. Sonra perqament döşənmiş siniyə düzüb əlinizlə düzəldin.

200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

Qızılgül pirojnaları resepti - FOTO RESEPT

Qızılgül pirojnaları resepti - FOTO RESEPT

Qızılgül pirojnaları resepti - FOTO RESEPT

Qızılgül pirojnaları resepti - FOTO RESEPT

Qızılgül pirojnaları resepti - FOTO RESEPT

Qızılgül pirojnaları resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, Yumurta, şəkər, çalın, yumurtanın, ehtiyatla, artığını, götürün, bıçaqla, barmaq, sürətlə, Ruleti, bükün, yayın, nazik, ikisini, Üzərinə, çəkin, rulet, Nazik
BİZİ İZLƏYİN