• Almalı bulka resepti

Reseptin məlumatları Baxış sayı: 10902

Tarix : 1.08.2016, 11:00

Bölmə : Peçenye reseptləri, Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
20 q yaş maya
2-3 x.q. şəkər tozu
1 qəhvə qaşığı duz
2 st. süd (artıq da ola bilər)
50 q ərinmiş kərə yağı
2-3 x.q. zeytun yağı
1 yumurta
3-3,5 st. un
vanil
2 x.q. təzə alma şirəsi

:
2-3 alma
limon şirəsi
1 x.q. darçın
0,5 st. şəkər tozu

Hazırlanması:
Mayanı 1 qaşıq şəkər tozu və azacıq unla süddə əridin. İsti yerə qoyub 15-20 dəqiqə şişməsini gözləyin.
Unu ələyin, baratanı (qalxmış mayanı), yumurta, şəkər tozu, duz, ədviyyat əlavə edin, süd, ərinmiş yağ qataraq taxta qaşıqla qarışdırın, sonra zeytun yağı əlavə edərək əlinizlə yoğurun. Əldən ayrılıb elastik xəmir alınanadək yoğurun. Üzərinə dəsmal çəkib 1 saat saxlayın.

Almaları təmizləyib xırda kubik doğrayın, üzərinə limon şirəsi gəzdirin.

1 x.q. darçın və yarım stəkan şəkər tozunu qarışdırın.

Xəmiri 6 yerə bölün.

Kündəni dördbucaqlı formasında yayın, almanı bərabər yayın, üzərinə darçın-şəkər tozu qarışığını səpin. Rulet kimi bükün, sonra isə bu ruleti spiral kimi bükün. Formanın içinə "tikişi" altda olmaqla düzün. 5 kündəni bu qaydada hazırlayıb formanın içində yanaşı düzün, orta boş qalsın.
6-cı kündəni uzun nazik şərid kimi yayın. Almanı napnazik dilimlərə doğrayın. Xəmirin üzərinə bir-birinin üstünə çıxmaqla düzün, üzərinə darçınlı şəkər tozu səpin. Xəmiri rulet kimi bükün ("qızılgül" alınacaq), formanın ortasına yerləşdirin.

30 dəqiqə saxlayın. Üzərinə yumurta çəkib xaş-xaş səpin. Sobada 1 saat bişirin. Bu müddətdən az bişirsəniz, içi bişməyəcək. Bişməyə başlayandın 30-40 dəqiqə sonra, ortası çox qızararsa, üzərinə folqa çəkib bişirməyə davam edin.

Bişmiş bulkaları şəbəkənin üzərində soyudun.

Nuş olsun!

Etiketlər: şəkər, üzərinə, şirəsi, sonra, yayın, dəqiqə, düzün, darçın, çəkib, bükün, yumurta, səpin, doğrayın, əlavə, formanın, qarışdırın, Xəmiri, yoğurun, zeytun, ərinmiş
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN