• Kakaolu darçınlı peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 31 224

Tarix : 25-07-2014, 02:27

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 ədəd yumurta
1,5 su stəkanı pudra şəkəri
1 paket qabartma tozu
4 çay qaşığı kakao
1 paket marqarin
2 çay qaşığı darçın
3-4 stəkan un
Üzərinə damla şokolad

Hazırlanması:
Otaq temperaturunda marqarini və pudra şəkərinizi yaxşıca yoğurun.

Yumurtanı da əlavə edib bir az da yoğurun.

Sonda un, darçın, kakao və qabartma tozunuda əlavə edib yumşaq bir xəmir əldə edin.

İstəyinizə görə forma verin. Yağlı kağız sərilmiş ya da marqarinlə yağladığınız soba nimçəsinə düzün.

Əvvəlcədən isidilmiş 175 dərəcəlik sobada 25-30 dəqiqə bişirin.

Nuş olsun!

Etiketlər: kakao, əlavə, darçın, yoğurun, qabartma, qaşığı, pudra, paket, kağız, sərilmiş, marqarinlə, İstəyinizə, forma, yağladığınız, verin, Yağlı, isidilmiş, dəqiqə, bişirin, olsun
BİZİ İZLƏYİN