• Şokoladlı kruasan resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 872

Tarix : 22-12-2016, 17:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Kərə yağı 50q
Şokolad 150q
Mayalı qat-qat xəmiri 500q
Yumurta 1 ədəd

Hazırlanması:
İlk öncə kruasanlarımız içliyi üçün şokoladlı pasta hazırlayaq. Şokolad və kərə yağını kiçik hissələrə bölüb, istiyə davamlı bir qaba yerləşdirin. Ayrıca bir qazanda su qaynadaraq həmin qabı, suya dəyməmək şərti ilə qazanın üzərinə yerləşdirin.Qabdakı ərzaqları qarışdıra qarışdıra əritməyə başlayın. Şokoladlı pastamız hazırdı. Ev şəraitində kruasan hazırlamaq üçün mayalı qat-qat xəmiri 5mm qalınlığında yayırıq. Şəkildə göstərildiyi kimi yaydığımız xəmiri üçbucaq hissələrə kəsirik. Kəsdiyimiz xəmir üçbucaqların mərkəzinə hazırladığımız şokoladlı pastadan 1.5 ç.q. yerləşdirin. Üçbucaqları fotoda göstərilən şəkildə büküb, kruasanlara forma verin. Yumurtanı azca çalıb, fırça ilə kruasanların üzərinə yayın. Sobanızı 180 dərəcəyə qədər isidib, şokoladlı kruasanlarınızı 30-40 dəqiqə ərzində bişirə bilərsiniz.

Şokoladlı kruasan resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: yerləşdirin, şokoladlı, xəmiri, qarışdıra, hissələrə, Şokolad, üzərinə, Üçbucaqları, şəkildə, fotoda, göstərilən, pastadan, mərkəzinə, kəsirik, üçbucaq, yaydığımız, Kəsdiyimiz, xəmir, büküb, üçbucaqların
BİZİ İZLƏYİN