• Qarlı təpələr peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 41 726

Tarix : 13-08-2014, 09:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (20-25 əd.):
1 yumurta
100 q otaq temperaturunda kərə yağı
100 q şokolad
120 q qəhvəyi şəkər
120 q un
3 x.q. kakao tozu
2 ç.q. üyüdülmüş qəhvə
1 ç.q. qabartma tozu
1 çimdik duz
şəkər pudrası

Hazırlanması:
Kərə yağını şəkər tozu ilə möhkəm çalın, yumurtanı da əlavə edib yenə mikserlə çalın.

Şokoladı əridib otaq temperaturunadək soyudun, yağ qarışığına əlavə edin.

Ayrıca qabda bütün quru ərzaqları qarışdırın, şokoladlı qarışığa əlavə edib xəmir yoğurun.

Qida plyonkasına büküb minimum 1 saat dondurucuda saxlayın.

Sobanı 180 dərəcə qızdırın.

Sininin içinə perqament döşəyin.

Soyuq xəmirdən qoz boyda kündələr tutun, yaxşıca şəkər pudrasına batırın (bol olsun), siniyə düzün. Üstünə yenə şəkər pudrası səpin (ələkdən keçirin).

12-15 dəqiqə bişirin, soyudun.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, soyudun, pudrası, çalın, olsun, xəmirdən, perqament, döşəyin, Soyuq, içinə, saxlayın, dondurucuda, minimum, Sobanı, dərəcə, Sininin, qızdırın, boyda, tutun
BİZİ İZLƏYİN