• İçi almalı qurabiyə resepti

Reseptin məlumatları Baxış sayı: 4 756

Tarix : 25-07-2017, 19:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban


Tərkibi:
3 y.q. smetan
100 yumuşaq kərə yağı
2 y.q. şəkər kirşanı
1 y.q. duru yağ
1 ç.q. qabartma tozu
2 st un
vanilin

İçlik üçün:
1 turşməzə alma
3-4 y.q. şəkər
2-3 cimdik darçın
limon
Üstünə səpmək üçün şəkər kirşanı

Hazırlanması:
1. Qabın içinə kərə yağı, duru yağ, şəkər, smetan qoyun və əlinizlə yaxşıca qarışdırın.
2. Un və qabartma tozunu ələmək üstünə və yumuşaq, ələ yapışmayan xəmir yoğurmaq.
10 dəq saxlamaq.
3. İçlik üçün almanı xırda, kibrit çöpünün başından biraz böyük ölçüdə doöramaq, üstünə limon sıxmaq və darçın,şəkər alavə edib qarışdırmaq.
4. Xəmiri nazik yaymaq, iri fincan ağzı ilə dairələr kəsmək. Dairənin bir tərəfində 4-5 dəfə çirtmək axıradək deyil amma.
Çirt olmayan tərəfə içlik qoymaq, bükmək. Siniyə yığıb 190t bişirmək. Hazır qurabiyələri soyudun və şəkır kirşanı səpin.

Nuş olsun!
Etiketlər: şəkər, kirşanı, darçın, üstünə, smetan, İçlik, limon, yumuşaq, qabartma, tərəfində, Dairənin, deyil, çirtmək, kəsmək, axıradək, fincan, nazik, qarışdırmaq, yaymaq, Xəmiri
BİZİ İZLƏYİN