• Büzmə paxlava resepti

Reseptin məlumatları Baxış sayı: 25 963

Tarix : 13-07-2016, 22:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
2 ədəd yumurta
1 su stəkanından 1 barmaq az duru yağ
1 su stəkanı qatıq
1 yemək qaşığı sirkə
Yarım yemək qaşığı qabartma tozu
4 su stəkan un
Yarım çay qaşığı duz

Şərbəti:
2.5 su stəkan su,
3 su stəkanı şəkər
1 çimdik duz
Bir neçə damcı limon suyu

Üzəri üçün:
1 su stəkanı duru yağ
Yarım paket marqarin və ya kərəyağ

İçinə qoymaq üçün:
fıstıq

Xəmiri açmaq üçün:
Nişasta

Hazırlanması:
Xəmir ərzaqları ilə yumşaq xəmir yoğurun.
Ununu az az tökün, az gəlsə əlavə edin.
Yumurta böyüklüyündə kündələr edin.
15, 20 dəqiqə saxlayın.
Nişasta səpərək aça bildiyiniz qədər açın. Nazik olsun.
Açılan xəmiri üstəgəl şəklində 4 yerə bölün.
Hər parçanı sivri ucundan geniş tərəfinə doğru büzərək qatlayın.
Kənarlarda qalan iki uc hissəni birləşdirin.
Büzülən hissəyə fıstıq qoyub aşağıda qalan hissəni üzərinə örtün, tərs çevirib sobaya yerləşdirin.
İlıq yağı üzərinə tökün 170 – 180 dərəcədə sobada qızarana qədər bişirin.
Paxlava soyuq, şərbəti ilıq olsun.

Nuş olsun!
Etiketlər: Yarım, stəkanı, qaşığı, yemək, üzərinə, stəkan, fıstıq, qədər, tökün, olsun, Nişasta, qalan, hissəni, bölün, şəklində, üstəgəl, parçanı, bişirin, ucundan, sivri
BİZİ İZLƏYİN