Tərkibi:3 yumurta
Paçka yarım yağ (250 qramlıq paçka və yarısı)
400 ml. xama
Vanil
Un - xəmir olana qədər
Maya
Duz
İçlik üçün:1 kq. qoz ləpəsi
1 kq. şəkər tozu
1 paçka hil.(biz üyüdülmüş hil istifadə etdik)
Şərbət üçün:3 stəkan şəkər tozu
2 stəkan su
Para limonun suyu
Yuxaları yağlamaq üçün isə, paçkadan qalan yağ və daha 3 paçka yağ lazımdı. Əvvəlcədən əridin.
Hazırlanması:Əvvəlcə xəmir üçün lazım olan ərzaqları bir qaba qarışdırıb yumşaq xəmir yoğurun.
Xəmiriniz gələnə qədər içliyi hazırlaya bilərsiz. Qoz ləpəsini tavada qovurun.
Bir az qovurandan sonra, bir dəsmalın arasında ləpələri ovun ki, qabıqları təmizlənsin. Sonra qozçəkən maşında üyüdün. Içinə şəkər tozu və hili də qatıb qarışdırın və içlik artıq hazırdır.
Bir balaca qazanda şərbəti də qaynadın, qaynayandan sonra isə limon suyu əlavə edin.
Bu ərəfədə artıq xəmir tam gəlmiş olur, xəmiri iki yerə bölün və hər iki hissəni 2 böyük və 7 kiçik kündələrə ayırın.
Ilk olaraq böyük kündəni açın. Açandan sonra yağlayıb arasına içliyi səpin.(şəkildə ən alt hissədir deyə, içlik biraz seyrək səpilib.
beləcə hər layı yağlayın, ən üstə qalan böyük kündəni qoyun, paxlava formada cızın , üzərini yumurtalayib ya qoz ya fındıq batırın. Qoyun duxovkaya.
Təxminən beş dəqiqə sonra çıxarıb kəsin. Yenidən qoyun bişməyə. Qızarandan sonra qalan yağı da paxlavanın üstündə gəzdirin, duxovkaya qoyun. Tam qızarandan sonra duxovkadan çıxarın, şərbəti əlavə edin, soyumağa buraxın, tam soyuyandan sonra kəsin.
Onu da qeyd edim ki, bu reseptlə iki iri list paxlava alınır.
Nuş olsun!
Etiketlər: sonra, xəmir, böyük, qalan, şəkər, paçka, qoyun, içliyi, kündəni, kəsin, duxovkaya, paxlava, stəkan, artıq, qədər, şərbəti, əlavə, içlik, hissədir, gəlmiş