• Praqa tortu resepti

Reseptin məlumatları Baxış sayı: 764

Tarix : 6.01.2018, 12:00

Bölmə : Şirniyyatlar » Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Biskvit üçün:
12 ədəd yumurta,
300 qr şəkər tozu,
250 qr un,
50 qr kakao,
80 qr ərinmiş yağ

Krem üçün:
2 ədəd yumurtanın sarısı,
2 x.q. soyuq su,
240 qr qatılaşdırılmış süd,
400 qr yağ,
20 qr kakao

Sirop üçün:
100 qr şəkər tozu,
140 qr dəmlənmiş çay

Şokoladlı qlazur:
140 qr şokolad,
50 qr yağ

Hazırlanması:
Əvvəlcə yumurtaların ağını sarısından ayırırıq. Ayrı qablarda yumurtanın ağını və sarısını şəkər tozu ilə (hər birinə 150 qr) birlikdə mikserlə çalırıq. Həcmi artdıqdan sonra ağ və sarını üst-üstə töküb, qaşıqla qarışdırırıq. Un və kakonu birlikdə ələkdən keçirdirik. Çalınmış yumurtanın üzərinə az-az əlavə edərək, ehtiyatla qarışdırırıq ki, həcmi azalmasın. Son olaraq ərinmiş yağ töküb, qarışdırırıq. Soba qabına yağlı kağız yerləşdirib, hazırladığımız xəmiri tökürük. Əvvəlcədən qızdırılmış 180 dərəcə istilikli sobada 30 dəqiqə bişiririk.

Bu müddət ərzində kremi hazırlaya bilərsiniz. Krem üçün əvvəlcə yumurtaların sarısını ağından ayırırıq. Yumurta sarısının üzərinə su əlavə edib, qarışdırırıq. Üzərinə az-az qatılaşdırılmış süd əlavə edərək, qarışdırmağa davam edirik. Bu qarışımı az odda qaza (və ya su buxarına) qoyub qatılaşana kimi qarışdırırıq. Qatılaşdıqdan sonra qazdan götürüb, soyumağa qoyuruq. Ayrı bir qabda yumşalmış yağı mikserlə çalırıq. Üzərinə soyumuş kremi əlavə edib, çalmağa davam edirik. Son olaraq kakaonu töküb, qarışdırırıq.

Soyuduqdan sonra biskviti 3 hissəyə ayırırıq. Hər birini siropla isladıb, üzərinə krem çəkərək üst-üstə yerləşdiririk. Ən üst qata krem çəkmirik. Şokoladı su buxarıda əridib, yağ əlavə edərək qarışıdırırıq. Son olaraq hazırladığımız şokoladlı qlazuru tortun üstünə tökürük. Tortu minimum 5-6 saat soyuducuda saxladıqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!

Etiketlər: qarışdırırıq, əlavə, sonra, üzərinə, ayırırıq, şəkər, yumurtanın, olaraq, edərək, töküb, mikserlə, birlikdə, hazırladığımız, ağını, tökürük, çalırıq, sarısını, qatılaşdırılmış, edirik, davam
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica