• Muhallebili, şokoladlı bilinçik tortu resepti

Reseptin məlumatları Baxış sayı: 6 860

Tarix : 2-08-2017, 21:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Bilinçik üçün:
3 ədəd yumurta,
2 st. süd,
1 st. şəkər tozu,
1/3 st. duru yağ,
2 x.q. kakao,
9 x.q. un,
1 paket vanil

Krem üçün:
2 paket krem şanti,
1 st. süd,
100 qr labne pendiri,
100 qr qaymaq,
2 x.q. pudra şəkəri

Mühallebi üçün:
3.5 st. süd,
6 x.q. manna,
6 x.q. şəkər tozu,
1.5 st. kakos,
1/3 st. damla şokolad(zövqə görə),
25 qr yağ,
1 paket vanil

Şokolad sousu üçün:
yarım banka qatılaşdırılmış süd,
2 x.q. kakao,
50 qr yağ

Hazırlanması:
Əvvəlcə bilinçikləri hazırlayırıq. Normal bilinçik xəmirindən biraz qatı alınır və böyük tavada bişirilir. Daha sonra kremi hazırlayırıq. Krem üçün soyuq süd və krem şantini mikserlə çalırıq. Üzərinə krem üçün qeyd olunmuş digər ərzaqları əlavə edib, bərkiyənə kimi çalmağa davam edirik. Hazır olduqdan sonra bilinçiklərin üzərinə çəkib, rulet kimi bükürük və dondurucuda bir müddət saxlayırıq.

Bu vaxt ərzində muhallebini hazırlayırıq. Manna və şəkər tozunu qarışdıraraq üzərinə süd tökürük. Az odda bişiririk, qatılaşdıb qaynayanda yağ əlavə edib, ocaqdan götürürük. Son olaraq kakos və vanil əlavə edib, qarışdırırıq. Soyuması üçün kənara qoyuruq. Zövqə görə soyuduqdan sonra damla şokolad əlavə etmək olar.

Şokolad sousu üçün qatılaşdırılmış südü və kakaonu tam əriyib, qarışana kimi az odda qızdırırıq. Əridikdən sonra yağ əlavə edirik və qaynamamış qazdan götürürük.

Dondurucuya qoyduğumuz ruletləri 1 barmaq enində kəsib, streç sərilmiş yumru qabın üzərinə düzməyə başlayırıq. Tam yığdıqdan sonra aralarına şokolad üzərin isə muhallebini tökürük. Bir qat da ruletlərdən kiçik ölçüdə kəsib düzürük. Streçlə bağlayıb, soyuducuda 6-7 saat (1 gün də olar) saxlayırıq.

Tortumuz soyuducuda bərkidikdən sonra düz boşqaba çevirib, dayaq üçün istifadə etdiyimiz qabdan çıxardırıq. İstəyə bağlı olaraq şokolad sousunu tort hazırlanan zaman yox soyuducudan çıxartdıqdan sonra tökə bilərsiniz. Və ya şokolad sousundan ümumiyyətlə istifadə etməmək də olar.

Nuş olsun!
Etiketlər: sonra, şokolad, əlavə, üzərinə, vanil, hazırlayırıq, şəkər, paket, sousu, kəsib, soyuducuda, Şokolad, qatılaşdırılmış, saxlayırıq, muhallebini, istifadə, kakos, damla, götürürük, olaraq
BİZİ İZLƏYİN