• Rafaello tortu resepti

Reseptin məlumatları Baxış sayı: 4 860

Tarix : 26-11-2018, 01:30

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Lamiyə


Tərkibi:
Biskvit:

6 ədəd yumurta
200 qr. şəkər tozu
120 qr. ələnmiş un
100 qr. badam (blendrdə xırdalanır)
vanil
qabartma tozu

Krem üçün:
200 qr. ağ şokolad
50 ml. süd
200 qr. maskarpon pendiri
500 ml. 33 faiz yağlılığı olan qaymaq
50 qr. pudra şəkəri
40 qr. kakos

QEYD:
24-25 sm diametrli qabın altına və yanlarına yağlı kağız salınır.Soba yandırılır və 170 derecede qızdırılır.

Krem hazılrlanması:
Ağ plitka şokoladın üzərinə süd töküb su hamamında əridirik. Soyuduruq. Maskarpon pendirini (labne pendiri istifadə edə bilərsiniz) mikserlə qarışdırın. Şokoladı əlavə edib yenə qarışdırdım.
Ayrıca 33 faiz yağlılığı olan qaymağı (buz kimi soyuq olmalıdır) mikserlə bərkiyənəcən çalırıq + pudra şəkəri və 2 dəq daha çalıb mikseri qoyuruq kənara. Sonra qaşıq-qaşıq qaymaqlı kremi pendirli kremə əlavə edib qarışdırırıq. Sonda kakosu əlavə edib kremi 1 saatlıq soyuducuya qoyuruq.

Biskvit hazırlanması:
Yumurtanın ağını 1 çimdik duzla beze kimi çalırıq. Az az şəkər tozunu əlavə edib çalırıq. Sarıları əlavə edib ehtiyyatla qarışdırırıq. Sonra badam və unu əlavə edib qarışdırırıq. Qaba boşaldıb bişiririk (30 dəq-yə bişdi)
5 dəq. qabda qaldı sonra çıxarıb tam soyudun və arasını kəsib 3 hissəyə ayırın.
Hər hissəni adi südlə yüngülcə isladın və kremləyin. Kakos, badam və konfetlə bəzəyin.

4-5 saatdan sonra tortu kəsmək olar.

Nuş olsun!
Etiketlər: əlavə, qarışdırırıq, çalırıq, badam, Sonra, şəkəri, pudra, mikserlə, qaşıq, yağlılığı, qoyuruq, kremi, sonra, pendiri, plitka, şəkər, Biskvit, bəzəyin, hazırlanması, soyuducuya
BİZİ İZLƏYİN