• Kakolu biskvit tortu resepti

Reseptin məlumatları Baxış sayı: 90 511

Tarix : 15-06-2014, 01:47

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
7 yumurta
2 st. şəkər (çox şirin istəməsəniz 1,5 st. edə bilərsiniz.)
1 ç.q sönmüş soda yaxud qabartma tozu
2 x.q bal
2 st. qaynanmış isti su
2,5 st. un
2-3 x.q kakao
1 st. doğranmış qoz-fındıq ləpəsi

Krem üçün:
200 g kərə yağı
Bir paket vanil
1 qatılaşdırılmış süd, (squşenka)
1 st. doğranmış qoz-fındıq

Hazırlanması:
Ağarıncaya qədər şəkər ilə yumurta mikserlə çalınır.
Su, soda qarışdırılır 2-3 x/q. bal əlavə edilir və bir daha yaxşıca qarışdırılır.
Kakao ilə unu ələnib qarışığa əlavə olunur, bir qədər qoz-fındıq əlavə edib və yenə yaxşı qarışdırılır.
Xəmir xama konsentrasiyasında olmalıdır.
Bu qarışımdan bir qədər qaşıqla götürüb, soba qabında, yağ çəkilmiş perqament kağızı üzərinə yayılır.
190 dərəcə qızdırılmış sobada 3 hissə olaraq, hərəsi 25-35 sm. ölçüdə kökələr bişirilir.
Soyuduqdan sonra qatılaşdırılmış süd, vanil və kərə yağı ilə hazırlanmış krem çəkilir, hər araya xırdalanmış qoz-fındıq ləpəsi səpilir.

Nuş olsun!
Etiketlər: konsentrasiyasında, fındıq, qarışdırılır, qədər, əlavə, ləpəsi, vanil, doğranmış, qatılaşdırılmış, Xəmir, yumurta, şəkər, dərəcə, yayılır, qızdırılmış, sobada, hazırlanmış, üzərinə, kağızı, götürüb, qabında
BİZİ İZLƏYİN