• Abşeron tortu resepti

Reseptin məlumatları Baxış sayı: 39 251

Tarix : 21-06-2014, 21:56

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 st. un
4 yumurta
2 st.şəkər tozu
4 xörək qaşığı sirkə
0.5 çay qaşığı soda
4 xörək qaşığı mürəbbə suyu
1 paket vanil

Üstü üçün krem:
Kremşanti
1 st süd

İçi üçün krem:
1 banka qatlaşdırılmış süd
200 qr. kərə yağı

Hazırlanması:
Yumurta və şəkər tozu yaxşıca çalınır. Stəkana 4 xörək qaşığı sirkə tökürsən. Və üstünə 0.5 çay qaşığı sodanı onun üstünə töküb qaşıqla qarışdırırsan. Bu zaman sirkə köpürür. Bu qarışığı yumurta və şəkər tozu qarışığına töküb, sonra mürəbbə suyunu, vanilı əlavə edib, qarışdırırıq. Xəmiri 3 hissəyə bölüb bişiririk. Yağlanmış tavaya 1-ci hissə tökülür. 180°C-də əvvəlcədən qızdırılmış sobaya verilir. Üzəri qızılı rəng alanda götürülür. Digər hissələrdə bu qayda ilə bişirilir.Kekslərin arasina qatlaşdırılımış südlə 200 qr. kərə yağında hazırlanmış krem yayılır. Və qoz ovuntusu səpilir. Tortun üstünə kremşanti sürtülür.

Nuş olsun!
Etiketlər: qaşığı, sirkə, xörək, üstünə, şəkər, mürəbbə, töküb, yumurta, alanda, qızılı, götürülür, Digər, hissələrdə, Üzəri, verilir, tökülür, hissə, əvvəlcədən, sobaya
BİZİ İZLƏYİN