• Limonlu bize cheesecake resepti

Reseptin məlumatları Baxış sayı: 14 557

Tarix : 18-07-2016, 14:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
400 gr peçenye
130 gr (1/2 su stəkanı + 1 yemek qaşığı) ərimiş kərəyağ
540 gr (1 su stəkanı + 1/4 su stəkanı) labne pendiri (otaq temperaturunda)
150 gr (3/4 su stəkanı) şəkər tozu
3 ədəd yumurta
200 ml (1 kiçik qutu) krem (otaq temperaturunda)
1 yemək qaşığı vanil
1 limonun rəndələnmiş qabığı və suyu
4 yumurta ağı (otaq temperaturunda)
120 gr (1/2 su stəkanı + 1 yemək qaşığı) şəkər tozu

Hazırlanması:
Sobanızı 160 dərəcədə isitməyə başlayın.Qəlibin yanlarını və dibini biraz duru yağlayın və dibinə dairəvi kəsdiyiniz yağlı kağızı yapışdırın.
Peçenyeləri toz halına gələnə qədər xırdalayın.

Bir qaba peçenyeləri qoyub içinə ərimiş kərəyağını qoyun qarışdırın ərzaqları peçenyelərə yedirin.
Qəlibimizə tökün və kənarlarına və dibinə bərabər şəkildə qaşıq ilə və ya əlinizlə yayın.
Labne pendirini mikserle çırptıqdan sonra yavaş yavaş əvvəlcə yumurtaları, sonra kremi, limon suyu və qabıqları, krem, vanil və şəkər tozunu əlavə edin. Sadəcə qarışana qədər çırpın.
Peçenyenin üzərinə bu qarışımı tökün.
Yumurta ağlarını bir qabda köpük olana qədər çırpın. Şəkər tozunu əlavə edərək bir yandan çırpmağa davam edin.Yumurta ağı qabaranadək çırpın, qəlibimizin üzərinə tökün və qaşıqla kənarlarına daşırmadan yayın.
Sobada 1 saat bişirin. Sonra sobanı söndürün və soba qapağının arasına 1 taxta qaşıq qoyun və cheesecake tamam soyuyana qədər sobada saxlayın

Soğuduqdan sonra soyuducuya qoyun və sonra servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: stəkanı, qədər, sonra, temperaturunda, çırpın, qoyun, qaşığı, tökün, şəkər, vanil, əlavə, yemək, tozunu, yumurta, ərimiş, üzərinə, yayın, dibinə, kənarlarına, yavaş
BİZİ İZLƏYİN