• Nağıl tortu resepti

Reseptin məlumatları Baxış sayı: 29 303

Tarix : 23-11-2016, 17:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 yumurta,
1st şəkər tozu,
0,5 st duru yağ,
0,5 st su,
2 st. un,
1 ədəd kabartma tozu,vanel.

Kremi:
1 ədəd sadə krem şanti,
200 ml süd,
1 ədəd qaymaq,
1 ədəd qatılaşdırılmış süd.

Şərbəti:
1 st şəkər tozu
1 st su
2 x.qaşığı konyak

Hazırlanması:
4 yumurtanın ağı sarısından ayrılır və şəkər tozu ilə ağarana kimi mikserlə çalınır,tək-tək yumurta sarıları əlavə edilir.Duru yağ,su əlavə edilir.Un,kabartma tozu,vanel ələnib yumurtalı qarışıma əlavə edilir ,astaca qarışdırılır və 180 dərəcədə öncədən qızdırılmış sobada bişirilir (əvvəlcədən soba sinisi yağlanıb unlanmalıdır).Biskviti soyuduqdan sonra 3 hissəyə bölünür, şərbətlənib kremlənir və zövqə görə bəzədilir.
Kremin hazırlanması:
1 ədəd krem şanti 200 ml süd ilə bərkiyənə kimi çalıınır,200 ml. qaymaq əlavə edilir ən son qatılaşdırılmış süd əlavə edilir..Qeyd edimki bu krem plombir dondurmasının dadını verir həmdə çox yüngüldür..
Şərbətin hazırlanması:
Şəkər tozu ilə su qaynadılır soyuduqdan sonra konyak əlavə edilir.

Nuş olsun!
Etiketlər: əlavə, edilir, şəkər, sonra, yumurta, hazırlanması, qatılaşdırılmış, konyak, qaymaq, şanti, soyuduqdan, kabartma, vanel, bəzədilir, Kremin, kremlənir, hissəyə, bərkiyənə, bölünür, şərbətlənib
BİZİ İZLƏYİN