• Panço tortu resepti

Reseptin məlumatları Baxış sayı: 39629

Tarix : 18.08.2014, 10:00

Bölmə : Şirniyyatlar » Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
6 yumurta
3 st. şəkər tozu
700 q 35%-li qaymaq
200 q badam
1 banka ananas konservi
2 st. un
0,5 ç.q. soda

Hazırlanması:
Yumurtanın ağını sarısından ayırın.
Yumurtanın ağını mikserlə təxminən 10 dəqiqə qatı köpük alınınca çalın.
2 st. şəkər tozunu aramla əlavə edib çalın.
2 st. unu hissə-hissə əlavə edib çalın. Həmçinin 0,5 ç.q. sodanı sirkədə öldürüb əlavə edin.

Xəmiri perqament döşənmiş formaya töküb təxminən 1 saat bişirin.

Krem üçün xamanı 10 dəqiqə çalın. 1 st. şəkər tozunu əlavə edib daha 5-10 dəqiqə çalın.

Korju iki hissəyə ayırın. Bir hissəsi əsas olacaq, o birini tikələrə bölün.

Kremi iki yerə ayırın. Birinə xırdalanmış badam əlavə edin (sonra biskvit tikələrini buna batıracaqsınız).

Əsas korjun üstünə krem çəkin, ananas dilimləri döşəyib badam səpin.

Sonra biskvit tikələrini badamlı kremə batırıb xaotik şəkildə düzün.

Üstünə ananas və badamı da piramida formasında düzün.

Kremin qalanını üstünə tökün (axıcı olduğundan ehtiyatlı davranın, altına iri qab qoyun).

Hazır tortu zövqünüzə görə bəzəyin - məsələn, şokolad və ya qırmızı qarağatla. Bir gecə soyuducuda saxlayın.

Nuş olsun!

Etiketlər: çalın, əlavə, dəqiqə, ananas, ayırın, badam, şəkər, təxminən, tikələrini, biskvit, üstünə, tozunu, düzün, ağını, hissə, Yumurtanın, xaotik, batırıb, kremə, şəkildə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN