• Nağıl tortu resepti

Reseptin məlumatları Baxış sayı: 27 520

Tarix : 31-08-2017, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Bisvkit üçün:
4-5 ədəd yumurta(ölçüsündən asılı olaraq),
120 qr şəkər tozu,
1 st. un,
2 x.q. nişasta,
1 paket vanil,
1 paket qabartma tozu

Şərbət üçün:
115 ml su,
1 x.q. konyak,
100 qr şəkər tozu

Krem üçün:
2 ədəd yumurtanın sarısı,
125 ml süd,
185 qr şəkər tozu,
1 x.q. konyak,
2 ç.q. kakao,
1 paket vanil,
200 qr kərə yağı,
50 qr rəngli marmalad,
qida boyası

Hazırlanması:
Əvvəlcə yumurtanın sarısını ağından ayırırıq. Hər birini ayrı-ayrılıqda 60 qr şəkər tozu ilə birlikdə ağarana kimi mikserlə çalırıq. Bir-birinin üzərinə töküb, ehtiyatla qarışdırırıq. Son olaraq un, nişasta, vanil və qabartma tozu töküb, bir istiqamətdə qarışdırırıq ko, xəmir sönməsin.
Dörbucaq şəkilli soba qabına yağlı kağız sərib, xəmiri əlavə edirik. 175 dərəcə istilikli sobada bişiririk.
Bu müddət ərzində kremi hazırlaya bilərsiniz. Krem üçün yumurta və südü balaca bir qazana töküb qarışdırırıq. Ardınca şəkər tozu əlavə edirik. Az oda qoyub dayanmadan qarışdırırıq. Qatılaşdırılmış südə bənzər məhlul alınır. Qaynatmadan oddan götürürük. Bir qaba töküb, üzərini sellofanla bağlayırıq və otaq temperaturunda soyuduruq. Yağı vanillə birlikdə mikserlə çalırıq. Üzərinə az-az soyumuş məhluldan töküb, çalmağa davam edirik. Krem halını alana kimi mikserlə çalırıq.
Biskvit soyuduqdan sonra bıçaq və ya sapın köməyi ilə 3-4 hissəyə bölürük. Hər hissəni əvvəlcə şərbətlə isladıb, üzərindən krem çəkərək üst-üstə yerləşdiririk. Kənarlarına tökmək üçün biskvitdən ovuntu götürməyi unutmayın. Tortumuzu zövqə görə bəzəyirik.

Nuş olsun!
Etiketlər: şəkər, töküb, qarışdırırıq, mikserlə, çalırıq, vanil, paket, edirik, birlikdə, yumurta, yumurtanın, konyak, nişasta, qabartma, olaraq, əlavə, halını, Biskvit, alana, məhluldan
BİZİ İZLƏYİN