• Mərcimək şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 18 507

Tarix : 14-11-2014, 22:00

Bölmə : Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,5 l bulyon
450 q mərcimək
1 iri baş soğan
40 q kərə yağı
1 ədəd orta ölçülü kartof
1 x.q. un
duz
istiot
quru nanə və quru tərxun
cəfəri

Hazırlanması:
Mərcini soyuq suda 6-8 saat saxlayın. Suyu süzün. Yeni su əlavə edib vam odda 40 dəqiqə bişirin.
Soğanı xırda doğrayıb kərə yağının yarısı ilə zəif odda yumşalanadək qızardın. Doğranmış kartof, mərcimək, bulyon, duz, istiot əlavə edin. Qaynara düşəndə qapağını örtün, ocağı azaldın. Tərəvəzlər tam bişəndən sonra ya blenderdən, ya da süzgəcdən keçirin.
Kərə yağının qalan hissəsini əridin, 1 x.q. un əlavə edib 2 dəqiqə qovurun. Hazırladığınız püreni, quru nanə və bulyon əlavə edin. Qaynatmayın. Süfrəyə verərkən üzərinə doğranmış cəfəri səpin.

İstiotu xoşlayanlar üçün: qırmızı pul bibəri azca kərə yağında qovurub şorbaya əlavə edə bilərsiniz. Həmçinin limon şirəsi sıxılmış mərcimək şorbası da çox dadlı olur.

Nuş olsun!
Etiketlər: əlavə, mərcimək, bulyon, cəfəri, dəqiqə, istiot, kartof, yağının, İstiotu, verərkən, doğranmış, səpin, üzərinə, Hazırladığınız, əridin, hissəsini, qalan, qovurun, xoşlayanlar, Qaynatmayın
BİZİ İZLƏYİN