• Toyuq şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 18 543

Tarix : 26-05-2014, 06:13

Bölmə : Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Parçalanmış toyuq
Yumru düyü
Quru alça
Zəfəran
Noxud
Şüyüd
Keşniş

Hazırlanması:
Noxud axşamdan soyuq suda isladılır və səhər yarımçıq bişirilir. Toyuq yağlı yaxşıdır. Toyuqu yaxşı yuyun, çoxlu miqdarda suda bişirin, sonra bulyondan çixarın, bulyonu isə başqa bir qazana süzün. Bulyonu qaynadın, 4.5 saplaq zəfəran əlavə edin, sonra quru alça, düyü. Düyü bir qədər olmalıdır ki, şorba həlimli olsun. Hamı bir yerdə bişsin və sonra noxudu əlavə edin, 5-10 dəqiqə bişsin. Düyü bişibsə, deməli şorba hazırdır.
Şorba dərin boşqablara tökülür və üstünə xırda doğranılmış göyərti əlavə olunur.

Nuş olsun!
Etiketlər: qaynadı, sonra, əlavə, şorba, olsun, Noxud, bişsin, həlimli, yerdə, olmalıdır, qədər, saplaq, zəfəran, Bulyonu, noxudu, qaynadın, dəqiqə, xırda, üstünə, doğranılmış, göyərti
BİZİ İZLƏYİN