• Brokoli şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 36 035

Tarix : 26-05-2014, 06:21

Bölmə : Şorbalar / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
125 qram brokoli
4 xörək qaşığı duru yağ
1 ədəd orta ölçülü soğan
Duz,
Qara bibər
1 ədəd yumurta
1 stəkanı su

Hazırlanması:
Brokoliləri kiçik-kiçik doğrayırıq. Qazana 4 xörək qaşığı duru yağı əlavə edib, kub-kub doğranmış soğanı bir az rəngi dəyişənə qədər bişiririk. Kiçik doğranmış brokoliləri əlavə edib yumşalana qədər qovuruq. Sonra üzərinə çıxacaq qədər su əlavə edirik. Duzunu və qara bibərini nizamlayıb, Bir az yüksək odda brokolilər yaxşıca yumşalana qədər bişirik. Digər tərəfdən yumurta sarısını çırpıb südlə birlikdə qarışdırıq. Şorbanı odun üzərindən götürməmişdən 1 dəqiqə əvvəl üzərinə südlü qarışığı tökürük. 1 dəqiqə daha qarışdıraraq bişirib odun üzərindən götürürük. Servis edirik.

Nuş olsun!
Etiketlər: qədər, əlavə, üzərindən, doğranmış, yumşalana, edirik, üzərinə, kiçik, dəqiqə, qaşığı, xörək, yumurta, çırpıb, südlə, yaxşıca, bişirik, sarısını, tərəfdən, birlikdə, olsun
BİZİ İZLƏYİN