• Tartar sousu resepti

Reseptin məlumatları Baxış sayı: 19 564

Tarix : 21-06-2014, 17:17

Bölmə : Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Qaynadılmış yumurta sarısı - 2 ədəd
Çiy yumurta sarısı - 1 ədəd
Dijon xardalı - 1 x.q.
Zeytun yağı - 2/3 stəkan
Xama - 2 x.q.
Kapers - 2 x.q.
Doğranmış marinə olunmuş xiyar - 2 x.q.
Xırda doğranmış şüyüd - 1 ç.q.
Limon şirəsi və ya ağ şərab sirkəsi - 1 x.q.
Duz
Istiot

Hazırlanması:
Qaynanmış yumurta sarılarını sürtgəcin kiçik gözündən keçirin, çiy yumurta sarısı, xardal, limon şirəsi əlavə edib ərzaqlar tam qarışana kimi çalın. Çala-çala nazik şırnaqla, hissə-hissə yağ əlavə edin. Xama, duz, istiot, kapers, şüyüd əlavə edib qarışdırın.

Tartar sousunun daha asan hazırlanması:
Hazır mayonezə marinə olunmuş doğranmış xiyar və şüyüd əlavə edin.
Sousu həmçinin duzlu göbələk və cəfəri ilə də hazırlamaq olar.
Ümumiyyətlə bu sousun bir çox növləri mövcuddur. Sousda duzlu göbələk, marinə olunmuş xiyar, ağ və ya qara zeytun, yaşıl və ya baş soğan, kapers, şüyüd, cəfəri, estraqon və hətta sarımsaq istifadə edilir.

Nuş olsun!
Etiketlər: əlavə, yumurta, şüyüd, marinə, xiyar, olunmuş, sarısı, şirəsi, kapers, duzlu, cəfəri, göbələk, hissə, doğranmış, Tartar, Hazır, hazırlanması, həmçinin, qarışdırın, mayonezə
BİZİ İZLƏYİN