• Süfrə nizamı necə olmalıdır?

Reseptin məlumatları Baxış sayı: 249

Tarix : 6.07.2018, 20:00

Bölmə : Süfrə düzəni


Ləzzətli yeməklər hazırlamaq və yeməklərinizi dostlarınızla birlikdə yemək üçün süfrə nizamına diqqət etməlisiniz. Süfrə tənzimləmə normaları ilə hazırladığınız stollar həm gözünüzə gözəl görünəcək, həm də yeməkləri ağız dadı ilə yeyəcəksiniz.

Stolun üzərinə ütülənmiş bir süfrə sərin.

Qabların arasında məsafəni eyni buraxaraq yerləşdirin.
Ən altda böyük və düz olan yemək qabı, onun üzərinə ana yemək qabı və ən üstə şorba kasası gələcək formada yerləşdirilməlidir.

Salfeti yerləşdirin.
Əgər stolda geniş və kifayət qədər yer varsa, salfetlərinizi çəngəllərinizin sol tərəfinə, süfrənizin üzərinə qoya bilərsiniz. Stolunuzda kifayət qədər yer yoxdursa, boşqabın üzərinə və ya çəngəllərin altına yerləşdirə bilərsiniz.

Çəngəl-bıçaq-qaşıq yerləşdirməsi.
Qabın sol tərəfinə çəngəlləri soldan başlayaraq belə yerləşdirin; balıq üçün çəngəl, ət üçün çəngəl, salat üçün çəngəl.
Qabın sağ tərəfinə bıçaqları və qaşığı soldan başlayaraq belə yerləşdirin; salat bıçağı, ət bıçağı, şorba qaşığı, dəniz məhsulu çəngəli.
Qabın üst tərəfinə qaba yaxın olandan başlayaraq belə yerləşdirin; qəhvə-çay qaşığı, şirniyyat çəngəli.

Stəkanları yerləşdirin.
Qabın sağ üst küncündə bıçağın xəttinə su stəkanını yerləşdirin. Dərhal yanına, qaşığa doğru şərab stəkanını qoyun.

Duz və istiot qablarını stolun ortasına, bütün qonaqların əlinin çata biləcəyi bir yerə qoyun.

Son olaraq isə stolunuzda mütləq bir çiçək yerləşdirin.

Etiketlər: yerləşdirin, tərəfinə, üzərinə, Qabın, qaşığı, başlayaraq, yemək, çəngəl, kifayət, bıçağı, şorba, çəngəli, stəkanını, qoyun, salat, qədər, süfrə, bilərsiniz, soldan, qaşıq
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica