• Ziyafətin təşkili

Reseptin məlumatları Baxış sayı: 5 519

Tarix : 22-07-2017, 12:00

Bölmə : Süfrə düzəni


Stolun üstünə yaxşı ütülənmiş süfrə salınır. Süfrə ağ olmaya da bilər, ağ süfrə yalnız təntənəli mərasimlər üçündür. Süfrənin ütülənmiş qatı stolun ortasından keçməlidir. Süfrə stolun hər tərəfindən bərabər olaraq 15-25 sm sallanmalıdır. Süfrənin altına flanel və ya hansısa başqa ağır yumşaq parça qoymaq məsləhətdir ki, süfrə düz otursun, boşqabların və çəngəl-bıçağın taqqıltısı azalsın.

Kənarda kiçik birstol qoymaq olar. Bu stola artıq boşqablar, çəngəl-bıçaq, salfet və s. yığılır. Meyvə və şirniyyatı da bu stola qoymaq olar.

Çiçək stola təntənəli bayram əhval-ruhiyyəsi və yaraşıq verir. Gövdəsi qısa kəsilmiş güllər stolun üstünə alçaq güldanlarda qoyulur. Stol üçün təravətli çiçək seçmək lazımdır.

Stolun arxasında oturanların sayından asılı olaraq, nazik doğranmış qara və ağ çörəklə olan bir neçə boşqabı elə yerləşdirin ki, çörək mümkün qədər stol ətrafında oturan hər kəsə yaxın olsun. Qəlyanaltıları stolun müxtəlif yerlərinə qoyun. İstiot, sirkə, souslar, xardal, duz qabları nahar edənlərin sayın-dan asılıdır.
Stolu eyni çəngəl bıçaq dəstləri ilə və eyni formada və rəngdə olan qablarla bəzəmək məsləhətdir. Ailənin hər üzvü və qonaq üçün xırda yemək boşqabından əlavə, onun üstünə – qəlyanaltı boşqabı, boşqabdan sol tərəf-də isə çörək üçün boşqab qoyun. Hər xırda boşqabın sağ tərəfindən qaşıq və bıçağı (iti tərəfilə boşqaba yaxın), soldan – çəngəli qoyun. Qaşıq və çəng-əllərin iç tərəfləri yuxarıda olmalıdır.

Üçbucaq, yaxud qalpaq şəklində qurulmuş salfetləri qəlyanaltı boşqabının üstünə qoyun.
Qədəhləri və fujerləri boşqabın qarşısına düzürlər. Süfrə açanda çaxır və içkilər üçün dörd müxtəlif qabdan istifadə edirlər: balaca qədəh – spirtli içkilər üçün, böyük qədəh – çaxır üçün, şampan üçün qədəh və mineral su üçün stəkan və ya fujer.
Naharı soyuq qəlyanaltılardan başlayırlar. Stola isti yeməkləri verməzdən əvvəl istifadə edilmiş boşqabları yığırlar, qəlyanaltılarla olan qabları aparırlar.

Şirniyyatı verməzdən əvvəl, stolun üstündən lazım olmayan qabları
(qədəh və fujerlərdən başqa) və ədviyyatla olan qabları yığışdırmaq və xüsusi şotka ilə qırıqları çalova, yaxud kiçik boşqaba süpürüb yığmaq lazımdır.

Süfrə düzəldilməsinin əsas məqsədi – nahar və ya çay stolunun rahatlığı, səliqəliyi və gözəl görkəmidir. Bu və ya başqa halda hər kəs stolu öz zövqü ilə düzəldə bilər, lakin stolun düzəldilməsinin əsas qaydalarını nəzərə almaq lazımdır.

1 - çörək üçün boşqab, 2 - salfet, 3- qəlyanaltı üçün kiçik çəngəl, 4 - balıq yeməkləri üçün çəngəl, 5 - ət yeməkləri üçün böyük nahar çəngəli, 6 - qəlyanaltı boşqabı, 7 - alta qoyulan boşqab, 8 - ət yeməkləri üçün böyük nahar bıçağı, 9 - balıq bıçağı, 10 - şorba (sup) üçün xörək qaşığı, 11 - qəlyanaltı üçün balaca bıçaq, 12 - desert qaşığı və çəngəli, 13 - qəlyanaltının yanında verilən tünd alkoqol içkiləri üçün qədəh, 14 - qədəh, 15 - ət yeməklərinin yanında verilən quru qırmızı çaxır üçün qədəh, 16 - şampan şərabı üçün qədəh, 17 - mineral su üçün qədəh.
1 – çörək üçün boşqab, 2 – salfet, 3- qəlyanaltı üçün kiçik çəngəl, 4 – balıq yeməkləri üçün çəngəl, 5 – ət yeməkləri üçün böyük nahar çəngəli, 6 – qəlyanaltı boşqabı, 7 – alta qoyulan boşqab, 8 – ət yeməkləri üçün böyük nahar bıçağı, 9 – balıq bıçağı, 10 – şorba (sup) üçün xörək qaşığı, 11 – qəlyanaltı üçün balaca bıçaq, 12 – desert qaşığı və çəngəli, 13 – qəlyanaltının yanında verilən tünd alkoqol içkiləri üçün qədəh, 14 – qədəh, 15 – ət yeməklərinin yanında verilən quru qırmızı çaxır üçün qədəh, 16 – şampan şərabı üçün qədəh, 17 – mineral su üçün qədəh.

Ziyafətin təşkili

Belə süfrə düzəldilməsi ancaq rəsmi görüşlərdə istifadə olunur. Ev şəraitində çəngəl-bıçaq və boşqabların sayını lazım qədər azaltmaq olar.

Salfetlər
Salfetlər müxtəlif ölçüdə olur. Səhər, nahar və şam yeməyinə böyük ölçülü salfetlər verirlər (35×35 – 45×45 sm), qəhvə və çay süfrəsinə isə – da-ha balaca (25×25 sm). Bu ölçüdə salfetlər həmçinin desert stoluna, “furşet” və kokteyl stoluna gedir.

Ziyafətin təşkili

Saçaqlı, rəngli salfetlər yalnız çay və qəhvə süfrəsinə verilir. Bütün başqa hallarda salfetlərin qıraqları basdırılmalıdır.
Salfetlər süfrənin rəngində ola bilər, lakin onların tonu fərqlənməlidir (məsələn, yaşıl süfrə, açıq yaşıl salfetlər), yaxud rəngləri ayrı ola bilər (göy süfrə, sarı salfetlər; tünd qırmızı süfrə, al qırmızı salfetlər).

Salfetin qatlanma variantı
Təntənəli mərasimlərdə (böyük qonaqlıq, nişan və s.) stola ağ süfrə salınır. Salfetlər isə ya ağ, ya da başqa bir rəng-də ola bilərlər (qırmızı, göy, yaşıl və s.).

Ziyafətin təşkili

Bükülmüş salfetləri qəlyanaltı boşqablarına və ya onların solunda qoyurlar. Əgər salfetləri boşqabların solunda qoyurlarsa, onları metal, yaxud hörmə halqaya taxmaq olar. Əlbəttə, əgər stola keramik qablar düzülübsə, onda salfetlər üçün də keramik halqalar götürürlər.

Bilavasitə yeməkdən qabaq salfeti açmaq, onu ikiqat bükmək və bükük tərəfilə dizlərinizin üstünə qoymaq lazımdır.
Salfetin hər hansı bucağını və yaxud qırağını yaxalığa və ya pencəyin ya-xasına taxmaq olmaz.

Yemək zamanı təsadüfən bulanmış barmaqları, salfeti dizdən götürməyərək, ehtiyatla onun üst hissəsilə silirlər.

Dodaqları silmək üçün salfeti dizlərdən iki əllə götürürlər, onun uclarını ovuclarda çevirməklə qısaldırlar və ortasını dodaqlara qoyaraq, onları salfetin üst hissəsilə qurudurlar. Dodaqları, salfeti onların üzərində sürüşən hərəkətlərlə qurutmaq olmaz. Yeməyi qurtarandan sonra salfeti səliqə ilə öz boşqabınızın sağında qoymaq lazımdır. Əgər salfet təsadüfən dizdən yerə düşübsə, narahat olmağa dəyməz: xahiş edin ki, sizə təzəsini versinlər, çünki yerdən götürülmüş salfeti, əlbəttə, istifadə etmək olmaz.

Ziyafətin təşkili
Etiketlər: qədəh, qabları, qəlyanaltı, süfrə, çəngəl, yeməkləri, nahar, böyük, salfetlər, salfeti, stolun, boşqab, qırmızı, başqa, üstünə, bıçaq, bıçağı, stola, qoymaq, lazımdır, çəngəli
BİZİ İZLƏYİN