• Tomat şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 195

Tarix : 1.08.2018, 12:00

Bölmə : Sulu yeməklər, Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
4 yetişmiş ətli pomidor
2 diş sarımsaq
1/2 baş soğan
6-7 yarpaq ağ reyhan
3 x.q. zeytun yağı

Servis etmək üçün:
Suxari
Parmezan pendiri (başka sevdiyiniz pendir növü)
1/4 ç.q. oregano (kekik otu)

Hazırlanması:
1.Sobanı 250 dərəcəyə gədər isidin.
2.Pomidorları ortadan kəsin və soba qabına düzün. Üstünə 1 x.q. zeytun yağı gəzdirin. Oregano səpin. Sarımsağı yanına düzün. Sobaya yerləşdirin.
10 dəqiqə sonra sobanın dərəcəsini 200 dərəcəyə salın və 20 dəqiqədə bişirin.
3.Pomidorlar bişən vaxtı soğanı və reyhanı xırda kəsin.
4.Dərin qazanın içinə 2 x.q. zeytun yağı əlavə edin. Kəsilmiş soğanla reyhanə əlavə edin yağa və 5 dəqiqə ərzində qovurun.
5.Pomidorlar bişən zaman qabıqlarını soyun və qazana əlavə edin. Sarımsağıda həmçinin. Pomidor yetərincə su buraxacaq və əlavə su lazım olmayacaq.
6.Bir yerdə 5 dəqiqə bişirin və sonda blemdordan keçirin.
7.Hazır şorbaya zövgə görə duz və istiot əlavə edin.
Pendirlə və suxari ilə servis edin.

Nuş olsun!

Etiketlər: əlavə, zeytun, dəqiqə, bişirin, dərəcəyə, düzün, kəsin, bişən, Pomidorlar, reyhanı, qovurun, zaman, qabıqlarını, soğanı, ərzində, soğanla, xırda, qazanın, içinə, Kəsilmiş
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica