• Gül kələmi şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 10 043

Tarix : 5-04-2018, 20:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Lobya – 200 qr.
Gül kələmi – 300 qr.
Kartof – 3 ədəd
Kələm – 1 ədəd
Baş soğan — 1 ədəd
Düyü yarması – yarım fincan
Bitki yağı
Ədviyyat və göyərti – damaq dadına görə

Hazırlanması:
Ilk öncə 2.5 litr suyu qazana tökün və qaynamağa qoyun. Bu zaman suya xırda doğranmış kartof və yuyulmuş düyü əlavə edin və yarım saat ərzində qaynadın. Kökü sürtkəcdən keçirin. Soğanı isə xırda xırda doğrayın. Kartof hazır olana yaxın qazana gül kələmi və lobyanı əlavə edin. Həmin vaxtda kök və soğanı bitki yağı ilə tavada qızardın və o biri inqridiyentlərə əlavə edin. 10 dəqiqə ərzində düyü və tərəvəzlər hazır olana qədər şorbanı qaynadın. Şorba süfrəyə verildikdə üzərini təzə tərəvəzlə bəzəyin.

Nuş olsun!
Etiketlər: əlavə, xırda, ərzində, hazır, olana, qazana, qaynadın, yarım, Kartof, kələmi, bitki, tavada, soğanı, qızardın, vaxtda, yaxın, lobyanı, Həmin, inqridiyentlərə, tərəvəzlər
BİZİ İZLƏYİN