• Balıq şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 7 269

Tarix : 12-04-2019, 12:00

Bölmə : Sulu yeməklər / Balıq yeməkləri / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 ədəd balıq,
2-3 dənə kartof,
2-3 dənə kök,
2 ədəd şirin bibər,
1 ədəd pırasa.
1 quru soğan,
1 qəhvə fincanı düyü,
1 ədəd enginar,
1 ədəd kərəviz,
5-6 ədəd cəfəri,
-5 dəfnə yarpağı,
2 stəkan süd,
1 qəhvə fincanı un,
1 limonun suyu,
2 yumurta,
zeytunyağı,
sirkə,
bir neçə diş sımsaq,
duz,
istiot,
kəklikotu,

Hazırlanması:
Dərin bir qazanın içinə 8-10 stəkan su qoyun və içərisinə bir az duz əlavə edib qaynamağa qoyun.
Yaxşı təmizlənmiş balıqları baş və sümükləri ilə birlikdə bişirmə süzgəcinin içində qazana yerləşdirin.
İri bir neçə parça halında kəsilmiş kartof , soğan və kökləri qaynayan qazana əlavə edin.
Ancaq tərəvəzləri bişirmə süzgəcinin içərisinə atmayın.
İncə doğranmış bibər və pırasanı, küp-küp doğranmış enginar və kərəvizləri, dəfnə yarpaqlarını, kərəviz saplarını, kəklikotunu da bişirmə süzgəcinin kənarına yerləşdirin.
Suda bir neçə dəfə yuyulub süzülmüş , nişastası təmizlənmiş düyünü də əlavə edin.
Balıqları səbzələrlə dolu qaynayan qazandayarım saat qaynadın.
Aradabir üzərinə yığılan köpüyü təmizləyin.
Tel süzgəc içərisindəki balıqları kənara alıb soyumağa qoyun.
Soyuyan balıqların ağ ətlərini qılçıq qalmayacaq şəkildə əzmədən didib tökün.
Yumşalana qədər qaynayan tərəvəzlər olan qazanı bir kənara alın.
Qazanda olan dəfnə yarpaqlarını və kərəviz saplarını çıxardın və tərəvəzlər olan qazanın suyunu kəfgirlə süzün.
Tərəvəzləri əzərək püre halına salın.
Daha sonra bütün ərzaqları bir qazana yığın.
Qazana zeytun yağı qoyub qızmağa başlayınca unu əlavə edibiyi çıxana qədər unu qovurun.
Kənara qoyduğunuz süzülmüş tərəvəzli sudan 6 stəkan suyu yavaş–yavaş əlavə edib un topaclanmayacaq şəkildə 4-5 dəqiqə davamlı qarışdırın.
Püre halında olan tərəvəzləri, ardından 2 stəkan südü, ən sonunda isə didilmiş balıqları əlavə edib vam odda qaynadın.
10 dəqiqə qədər bütün ərzaqları qaynadın.
Yumurta və limon suyunu birlikdə cırpın.
Qaynamaqda olan sudan az-az qaşıqla qazana tökün.
5-6 dəqiqə yenə qaynadın
Ocağı söndürdükdən sonra xörəyin üzərinə çox xırda doğranmış cəfəri gəzdirib qapağını örtün.
Yeməyin daha da dadlı olması üçün həvəngdə döyülmüş sarımsağı , istiotu və sirkəni əlavə edin.

Nuş olsun!
Etiketlər: əlavə, stəkan, qazana, qaynadın, qədər, qoyun, balıqları, süzgəcinin, doğranmış, dəqiqə, bişirmə, qaynayan, kərəviz, dəfnə, ərzaqları, yerləşdirin, soğan, fincanı, bütün, birlikdə
BİZİ İZLƏYİN