• Yay dovğası resepti

Reseptin məlumatları Baxış sayı: 7 406

Tarix : 26-09-2019, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Simuzər Süleymanova


Tərkibi:
3 l - Qatıq
1 l - Su
2 ədəd - Yumurta
150 qr - Yumru düyü
20 qr - Un
35 qr - Duz
35-40 qr - Keşniş
35-40 qr - Şüyüd
35-40 qr - Dağ keşnişi
70 qr - İspanaq
35-40 qr - Nanə
20 qr - Tərxun

Hazırlanması:
Göyərtiləri seçirik, təmiz yuyuruq, quruduruq və xırda-xırda doğrayırıq. Qatığı dərin bir qazana tökürük, taxta çırpıcı ilə qarışdırırıq. Daha sonra yumurta, yumru düyü, un , su əlavə edirik və qarışdırırıq. Qazanı plitəyə qoyuruq, taxta qaşıqla qaynayanadək qarışdırırıq.

Qaynama prosesi başladıqdan sonra qarışdırmaya davam edərək altını biraz qısırıq, əvvəlcədən hazırladığımız göyərtiləri əlavə edirik. Düyünü yoxlayırıq, əgər o bişibsə, duz əlavə edirik və dovğamız hazırdır.

Nuş olsun!
Etiketlər: qarışdırırıq, əlavə, edirik, sonra, taxta, xırda, yoxlayırıq, qaynayanadək, Düyünü, Qaynama, bişibsə, qaşıqla, hazırdır, dovğamız, qoyuruq, prosesi, başladıqdan, biraz, qısırıq, əvvəlcədən
BİZİ İZLƏYİN