• Yaşıl borş resepti

Reseptin məlumatları Baxış sayı: 15 291

Tarix : 26-05-2017, 20:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Rus mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
*1 böyük dəstə ispanaq;
*1 böyük dəstə keşniş;
1 böyük dəstə cəfəri;
*1 böyük dəstə yaşıl soğan;
*1 böyük dəstə şüyüd;
*1 böyük kartof;
*1 ədəd kök;
*1 ədəd yumurta;
*30 qram kərə yağı;
*Duz, istiot zövgə görə.

Hazırlanması:
3 litr su qazan ağzına kimi dolmamaq şərti ilə tökürük, kiçik doğranılmış kartof və kökü əlavə edirik və plitəyə qoyuruq. Su qaynayana kimi göyərtini təmizləyirik, yuyub doğrayırıq.

Kartof və kök yumuşalan kimi, əvvəlcədən hazırlanmış göyərtini qaynayan suya əlavə edirik və bir neçə dəqidə qaynadırıq, sonra duz və kərə yağı əlavə edirik, qarışdırırıq.

Yumurtanı ayrıca qabın içərisində sındırıb çalırıq, sonra tələsmədən və fasiləsiz qarışdıraraq onu qaynayan borşa əlavə edirik. Plitəni söndürürük. Borş hazırdır!

Nuş olsun!
Etiketlər: dolmamaq, böyük, dəstə, edirik, əlavə, qaynayan, sonra, kartof, göyərtini, ispanaq, qarışdırırıq, Yumurtanı, ayrıca, qaynadırıq, dəqidə, əvvəlcədən, hazırlanmış, keşniş, qabın, içərisində, borşa
BİZİ İZLƏYİN