• Çedar pendirli pomidor şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 6 710

Tarix : 19-07-2021, 10:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 pomidor
2 qaşıq kərə yağı
2 xörək qaşığı zeytun yağı
2,5 xörək qaşığı un
1 xörək qaşığı tomat pastası
1,5 litr isti su (tutarlılığına görə artırmaq mümkündür)
Duz
çili bibəri

Üzəri üçün:
Rəndələnmiş çedar pendir

Hazırlanması:
Kərə yağı və zeytun yağını sobada əridirik, un əlavə edib qızardırıq.
Tomat pastası əlavə edib yenidən qarışdırın, suyu əlavə edib qarışdırın.
Pomidorları rəndədən keçiririk və içərisinə əlavə edirik, bişsin.
Duz və çili bibəri əlavə edib qarışdırırıq, 5 dəqiqədən sonra bağlayıb xidmət edə bilərsiniz.
Üzərinə sürtgəcdən keçirilmiş çedar pendiri əlavə edib şirinləşdirə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, qaşığı, xörək, bibəri, çedar, qarışdırın, pastası, bilərsiniz, zeytun, bişsin, qarışdırırıq, edirik, içərisinə, şirinləşdirə, rəndədən, keçiririk, dəqiqədən, sonra, Üzərinə, sürtgəcdən
BİZİ İZLƏYİN