• Sulu dindili küftə (frikadelkalı şorba) resepti

Reseptin məlumatları Baxış sayı: 16 896

Tarix : 2-01-2016, 11:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Hər pay üçün:

112 q qoyun əti,
15 q yağ,
35 q baş soğan,
200 q kartof,
95 q pomidor yaxud 15 q tomat püre,
0,05 q zəfəran,
duz,
istiot.

Hazırlanması:
Qoyun cəmdəyinin bud əti sümükdən ayrılır, baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə duz, istiot vurulur, 20-25 qram çəkidə küftəciklər hazırlanır. Sümükdən bulyon bişirilir. Bulyona kub şəklində doğranmış kartof əlavə edilib bişirilir. Sonra küftə, yağda qızardılmış soğan, pomidor yaxud tavada qızardılmış tomat-püre qatılıb bişirilir. Hazır olmasına 5 dəqiqə qalmış xörəyə zəfəran şirəsi və ədviyyat vurulur.

Nuş olsun!
Etiketlər: bişirilir, zəfəran, vurulur, qızardılmış, tomat, istiot, yaxud, kartof, soğan, pomidor, küftə, yağda, edilib, tavada, doğranmış, əlavə, Sonra, dəqiqə, şirəsi, ədviyyat
BİZİ İZLƏYİN